Partiya  Qoşulmayanların BMT-də daimi üzvlüyü kimləri narahat edir - rəylər-

Qoşulmama Hərəkatı kifayət qədər nüfuzlu və dünyada gedən proseslərə təsiri olan bir quruma çevilib. Hərəkatın çərçivəsinin, imkanlarının, təsirlərinin daha da genişləndirilməsi zərurətə çevrilib.


Nəzərə çatdıraq ki, Azərbaycan hərəkatın önəmli üzvü kimi, həm quruma sədrlik etdiyi dönəmdə, həm də ondan əvvəlki dönəmlərdə kifayət qədər ciddi təşəbbüslərlə, təkliflərlə çıxış edib.


Azərbaycan Prezidenti İlham Əliyev fevralın 7-də Konqonun ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri David Madukanın etimadnaməsini qəbul edərkən söyləyib ki, Qoşulmama Hərəkatı çərçivəsində BMT Təhlükəsizlik Şurasında islahatlarla bağlı müzakirələrin aparılması vacibdir: “Azərbaycan hərəkatın sədri olan dövlətin BMT Təhlükəsizlik Şurasında rotasiya qaydasında daimi üzvü olması barədə təşəbbüslə çıxış edib”.


Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin bu il başa çatdığını xatırladaraq, ölkəmizin bu məsələni institusional mexanizm kimi formalaşdırmaq niyyətində olduğunu, hərəkata sədrlik edəcək dövlətlərin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasının daha ədalətli yanaşma olacağını qeyd edib.


QH-na sədrlik edən dövlətin BMT TŞ-də daimi üzv olmasını şərtləndirən, zəruri edən kifayət qədər əsaslar, amillər var. Bu, həm obyektiv qərarların verilməsi, həm çoxqütblü dünya anlayışının inkişafı baxımından vacib hesab edilir.


Bəs bu təşəbbüsə, təklifə kimlər mane olur və kimlərin marağında deyil?.....


......Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə BMT-nin xilas yolunu islahatlarda görür: “Prezidentin Qoşulmama Hərəkatının BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması barədə fikirləri çox ədalətli bir yanaşmadır, ədalətli bir təklifdir. BMT-nin çox ciddi islahatlara ehtiyacı var. Təhlükəsizlik Şurasının veto qoymaq hüquqlarına malik olan daimi üzv dövlətləri dəfələrlə sülhü pozublar, BMT-nin təməl prinsiplərinə zidd hərəkət ediblər. Hazırda Ukraynada gedən müharibə bunun bariz nümunəsidir. BMT-də çox ciddi islahatlar aparılmalıdır. Bu təklif əslində bəlkə də BMT-nin dəfələrlə korrupsiyada ifşa olunmuş fəaliyyətini bərpa etmək üçün təşəbbüslərdən biri olardı. Yoxsa belə çıxır ki, böyük imperiyalar dünyanı idarə etmək istəyirlər və bu imperiyaların da savaşının qurbanı dünyanın bir sıra bölgələrində aciz vəziyyətdə olan ölkələrdir”......


Cavanşir ABBASLI,

“Yeni Müsavat”

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə