Partiya  Trampın qələbəsi erməni lobbisinin planlarını alt-üst edib-

ABŞ-ın xarici siyasətində yeni üfiqlərin açılacağı və münaqişə strategiyasının əməkdaşlıqla əvəzlənəcəyi gözlənilir

BAKI, 10 noy — Sputnik. "Barak Obamanın 8 illik hakimiyyəti dövründə Cənubi Qafqaz regionu ABŞ-ın diqqətindən tamamilə kənarda qalmışdı. Donald Trampın bu cür siyasətə son qoyacağını deməsi bizi ümidləndirir".....

.....Millət vəkili Asim Mollazadə də Trampın seçilməsinin fərqli mənzərə yaradacağı qənaətindədir. "Donald Trampın prezident seçilməsi Amerika Birləşmiş Ştatları xalqının iradəsinin nəticəsidir. Görünür, ABŞ-da müəyyən dəyişikliklərə ehtiyac hiss olunub", — o, Sputnik-ə açıqlamasında bildirib.

"Trampın prezident seçilməsi ilə yanaşı, həm senatda, həm də Konqresdə Respublikaçılar Partiyası üstünlük qazanıb. Amerika öz siyasətində müəyyən dəyişikliklər etməlidir, bu dəyişiklik münaqişələrin həllində, dünyada sabitliyin bərqərar olmasında ABŞ-ın daha fəal olmağına gətirib çıxaracaq", — deputat əlavə edib. O, seçki kampaniyası dövründə ABŞ-dakı erməni lobbisinin Donald Trampın əleyhinə təbliğat apardığını və Trampın bu lobbi ilə heç bir əlaqəsinin olmamasının Azərbaycan üçün müsbət hal olduğunu söyləyib: "Azərbaycan Birləşmiş Ştatlarla bir neçə istiqamətdə əməkdaşlıq edir. Və mən güman edirəm ki, Trampın prezidentliyi dövründə bu tərəfdaşlıq daha da artacaq. Münasibətlər çox şaxəli istiqamətlərdə daha da inkişaf edəcək". "Və biz çox istərdik ki, ABŞ yeni seçilmiş prezidenti ilə bölgədə münaqişələrin həlli ilə bağlı fəaliyyətini gücləndirsin. Burada digər bir ciddi məsələ də var ki, Donald Trampın prezident seçilməməsi üçün erməni lobbisi çox ciddi işlər görürdü. Trampın məhz bu diasporla heç bir əlaqəsi yoxdur. Onun üçün biz ümidvarıq ki, ABŞ-ın yürüdəcəyi siyasət, bilavasitə Qarabağ münaqişəsinin həllinə yardımçı olacaq", — A. Mollazadə vurğulayıb.

Read more: http://sputnik.az/expert/20161110/407655569/absh-donald-tramp-secki.html

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə