Asim Mollazadə Azərbaycan
Respublikası Milli Məclisinin deputatı Demokratik
İslahatlar Partiyasının sədri Avro-Atlantik
Mərkəzin Prezidenti DOĞUM TARİXİ VƏ YER 06
iyun 1953-cü ildə Bakı şəhərində anadan olub TƏHSİLİ Bakı
şəhəri, Nəsimi rayonunda yerləşən 164 saylı orta məktəbi və Azərbaycan
Tibb İnstitutunu bitirib. 1980-1992-ci illərdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb
Universitetində Nevrologiya və davranış psixofiziologiyası ixtisası üzrə təhsil
alıb. Tibb
elmləri doktorudur. İşLƏDİyİ yerlər 1992-ci ildən – Psixogen nevroloji və psixosomatik
xəstəliklər Mərkəzinin direktoru (Bakı, Azərbaycan). Dekabr-aprel 1993-cü ildən Azərbaycan Respublikası
Prezidentinin informasiya-analitik xidmətinin rəhbəri (Bakı, Azərbaycan). Aprel-iyun 1993-cü ildən – Azərbaycan Respublikası
Prezident Aparatının Beynəlxalq Əlaqələr şöbəsinin müdiri və Ermənistanla
münaqişənin nizamlanması üzrə Prezidentin xüsusi nümayəndəsi. 1994-cü ilin yanvar ayından – 2005-ci ilin
aprelədək – Azərbaycan
Xalq Cəbhəsi Partiyası sədrinin beynəlxalq məsələlər üzrə müavini. 1994-cü ilin
fevral ayından -1998-ci ilədək – Demokratiyanın İnkişafı
Fondunun təsisçilərindən biri və vitse-prezidenti.
1998-ci ildən – Azərbaycan Avro-Atlantik Mərkəzinin
yaradıcısı və rəhbəri.
2000-ci ildən - bu günədək – Milli Məclisin deputatı (2005, 2010, 2015, 2020-ci illərdə
yenidən seçilib), Milli Məclisin Təbii ehtiyatlar,
energetika və ekologiya Komitəsinin sədr müavini, parlamentin Beynəlxalq
Əlaqələr Komitəsinin üzvü, Azərbaycan-Avstraliya və Yeni Zelandiya
parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri. Bundan
əlavə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA-nın) Yaxın
Şərq alt komitəsinin sədri, Siyasi və Monitorinq Komitələrinin üzvü, AŞ PA-nın
Belorus üzrə məruzəçisi olub. 2011-1015-ci illərdə Avronest Parlament
Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvü, Avronest Siyasi
Komitəsinin sədr müavini olub. 2005-ci ilin iyul ayından – bu günədək – Demokratik İslahatlar Partiyasının sədridir
(partiyanın 2005, 2008, 2011, 2013, 2016 və 2019-cu illərdə keçirilən 6
qurultayında sədr seçilib). Azərbaycan,
Bakı, AZ1009, A.Hüseynzadə küç., 64/1 Tel:
(994 12) 437 15 76, 437 15 77 Faks:
(994 12) 5970581
www.demreforms.az e-mail: demreforms@party.az |