Partiya  Məramnamə

Azadlıq, məsuliyyət, tolerantlıq, sosial ədalət və bərabər imkanlar – liberalizmin əsas dəyərləri bunlardır və biz partiyamızın məramnaməsini məhz bu prinsiplər əsasında qururuq

Azərbaycan Demokratik İslahatlar Partiyası – azadfikirli insanların, sürətli islahatlar tərəfdarlarının demokratik dövlət quruculuğu və ölkənin Avroatlantik strukturlara inteqrasiyası naminə birliyidir

Bizim liberal dəyərlər

Azadlıq, məsuliyyət, tolerantlıq, sosial ədalət və bərabər imkanlar – partiyamızın məramları liberalizmin bu əsas dəyərlərindən qaynaqlanır. Bu prinsiplərin həyata keçməsi güclü vətəndaş cəmiyyətinin, demokratik hakimiyyətin, azad bazarın və beynəlxalq əməkdaşlığın əsaslarını yaradır.

İnanırıq ki, qanunun aliliyi, tam və keyfiyyətli təhsilə yiyələnmək üçün ədalətli şərait, söz, toplantı və informasiya almaq azadlığı, qadınlar və kişilər üçün bərabər hüquq və imkanlar, tolerantlıq və dözümlülük, sahibkarlığa və əməyin tətbiqinə azad imkan fərdin azadlığını şərtləndirən amillərdir.

Hesab edirik ki, vətəndaş cəmiyyəti və konstitusiyalı demokratiya siyasi münasibətlər məcmusunun ən ədalətli və sabit əsasıdır. Azad insanların elə bir vətəndaş cəmiyyətini qurmaq istəyirik ki, burada hər bir kəs hüquqlarına təminat verən qanunlar çərçivəsində yaşasın. Elə bir dövlət istəyirik ki, səlahiyyətləri demokratiya qaydalarına tabe olub, demokratiya normaları ilə məhdudlaşsın.

Əminik ki, yalnız liberal bazar iqtisadiyyatı ictimai sərvətlərin dinamik toplanmasını və ədalətli bölgüsünü təmin edə bilər.

Demokratik İslahatlar Partiyası – orta təbəqənin, sahibkarların, mülkiyyətçilərin, intellektualların, öz ağılına və bacarığına güvənən, çörəyini alın təri və öz əməyi ilə qazanan yaradıcı insanların siyasi maraqlarının ifadəçisidir. Partiya sıralarında yüksək təhsilli və eyni zamanda kifayət qədər təcrübəli gənclər birləşib. Zamanla ayaqlaşmayan idarəetmə struktur və sisteminin dəyişdirilməsini, dərin islahatlar zərurətini dərk edən, və ən əsası, ən müxtəlif sahələrdə öz sözünü deyə bilmiş, artıq bu gün yeni tipli menecerlər ola biləcək bu gənclər ölkəni idarə etməyə hazırdırlar.

İnsan hüquq və azadlıqlarının dövlətin hüquqları qarşısında üstünlüyü partiyanın əsas məramnamə bəndidir. Mülkiyyətin toxunulmazlığı, sahibkarlığa dəstək, qanunun aliliyi və qanun qarşısında hamının bərabərliliyi prinsiplərinin bərqərar olması bizim üçün sözdə yox, işdə vacib anlayışlardır.

Yalnız azad adam qurub-yaratmaq, yaradıcı olmaq iqtidarındadır. Yalnız azad insanın ölkəsi sözün əsl mənasında zənğin ola bilər; insan amili və potensialı təbii sərvətlər və enetji ehtiyatlarından daha önəmlidir. Azadlığı olmayanların mədəni və mənəvi inkişafı da mümkünsüzdür. Düşüncə və ideyaların azad mübadiləsi və rəqabəti zəminində yetışən insan müstəqil düşünmək, qurub-yaratmaq, elmi və incəsənəti inkişaf etdirmək iqtidarındadır.

Ölkənin mədəni sərvətini və müxtəlifliyini təşkil edən, etnik və dini tolerantlıq kimi tarixi dəyərlərlərimizi təmsil edən, demək olar ki, bütün etnik və dini qruplar partiyamızda təmsil olunub.

Avropa parlamentarizm ənənələrinə söykənən tolerantlıq, siyasi mübarizəni qanun və yüksək siyasi mədəniyyət çərçivəsində aparmaq bacarığı partiyanın əsas prinsiplərindən biridir.

Məqsədimiz parlament seçkisində qələbə, əsas rəqibimiz hakim partiyadır və ali qanunverici orqanda yerlər uğrunda mübarizə də onunla olacaq.

Liberal siyasət mahiyyətcə sosial xarakter daşıyır. Yəni hüquqi dövlət prinsiplərindən çıxış edərkən zəifin güclü qarşısında hüququnu da müdafiə edir; Bazar iqtisadiyyatını dəstəkləyir, amma hamıya bərabər imkanlar təmin edir; Dövlətin rolunun azaldılması uğrunda mübarizə aparır, ancaq sərvətlərin bölüşdürülməsi zamanı dövlətin ilk öncə hakimiyyət sahiblərinin maraqlarına xidmət etməsinin, sui-istifadələrin qarşısını alır.Həddindən ziyadə dövlət müdaxiləsinə və inhisarçılığa qarşı çıxan (o cümlədən, əmək bazarında) liberal siyasət hamı üçün iş yerlərinin açılmasına zəmin yaradır.

Əminik ki, bölüşdüyümüz bu qlobal liberal dəyərlərin ölkəmizdə təşəkkül tapması yalnız öz təcrübəmiz əsasında mümkündür.

Vəzifə və məqsədlərimiz

Siyasətdə pozitiv düşüncə tipi fəaliyyətin əsas metod və vasitəsidir. Biz pis hesab etdiyimizin yalnız tənqidi ilə məhdudlaşmırıq. Əlbəttə, biz bugünkü duruma BƏSDİR deyirik, amma eyni zamanda ondan konkret çıxış yollarını göstərir, qanunverici, siyasi, iqtisadi, sosial müdafiə sahələrini əhatə edən konkret islahatlar paketimizi təqdim edirik.

Partiyanın əsas vəzifələrindən biri ölkənin ərazi bütövlüyünün bərpa edilməsi və isğalın doğurduğu nəticələrinin aradan qaldırılmasldır. Partiyamız bu sahədə əsas istiqaməti münaqişənin beynəlxalq təşkilatlar çərçivəsində, beynəlxalq hüquq və milli azlıqların hüquqlarının Avropa prinsipləri əsasında, sülh yolu ilə nizamlanmasında görür. İtirilmiş insan həyatı geri qaytarılmır, odur ki, sonuncu imkana qədər danışıqlardan və beynəlxalq təşkilatların vasitəçilik səylərindən bəhrələnmək lazımdır. Bununla belə, təcavüzkara qarşı gücdən istifadə edilməsi variantı da istisna edilməməlidir. Ona görə də hesab edirik ki, müasir, yüksək döyüş qabiliyyətli ordunun yaradılması Azərbaycan dövləti qarşısında duran ən mühüm vəzifələrdən biridir.

İqtisadiyyat sahəsində əsas prioritetlərimiz bunlardır:

  • xüsusi mülkiyyətin toxunulmazlığı;
  • dövlətin iqtisadiyyatda rolunun köklü surətdə dəyişdirilməsi; dövlətin indiki əsasən qadağanedici funksiyalarıнын iqtisadi bazarın əyər-əskiklərini nizamlayan institutla əvəzlənməsi;
  • effektiv sosial müdafiə siyasəti;
  • təbii inhisarların sürətli islahatı;
  • нисби maliyyə sabitliyinin dəstəklənməsi əvəzinə rəqabətədavamlı yerli müəssisələrin yaranmasının stimullaşdırılması dövlətin pul-kredit siyasətinin əsas vəzifəsinə çevrilməsi.

Yeni vergi və gömrük siyasətinin işlənməsi və yerli sahibkarın, istehsalçının stimullaşdırılma və müdafiəsi üçün iqtisadi üsullardan istifadə edilməsi və eyni zamanda iqtisadiyyatda mövcud сащя balansınын dəyişdirilməsi иля щасилат sektorunun birtərəfli üstün vəziyyətindən iqtisadiyyatın diversifikasiyasına наил олунмасы iqtisadi proqramımızın əsas müddəaları sırasındadır.

Təhsil, səhiyyə, ətraf mühitin mühafizəsi sistemlərində təxirəsalınmaz islahatlar paketləri yeni dünya reallıqları çərçivəsində Azərbaycanın gələcək inkişafının və rəqabətədavamlılığının zəmanətidir.

Xarici siyasət sahəsində ölkənin strateji istiqaməti Avroatlantik strukturlara inteqrasiyadır. Müvafiq islahatlar həyata keçirildikdən və bu strukturların üzv-dövlətləri üçün məcburi proqramların yerinə yetirilməsindən sonra NATO və Avropa Birliyində təmsil olunmaq.

Partiya siyasət, iqtisadiyyat, ictimai inkişaf və beynəlxalq münasibətlər sahələrində öz qarşısına aşağıdakı məqsədləri qoyur:

  • Bazar iqtisadiyyatının əsaslarının formalaşdırılması, milli sərvətlərin effektiv toplanmasının və ədalətli bölünməsinin ən yaxşı özülünün azad iqtisadiyyat olmasının getdikcə daha çox dərk edilməsi;
  • Azərbaycanın Avropa və dünyanın iqtisadi və siyasi strukturlarına mərhələli inteqrasiyası;
  • İnsan haqlarına hörmətin artırılması, totalitar siyasi, milli, irqi diskriminasiya sistemlərinin ləğv edilməsi;
  • Hakimiyyət bölgüsünə və çoxpartiyalılığa əsaslanan siyasi sistemin inkişafı;
  • Bütün səviyyələrdə (prezident, parlament, yerli) azad və alternativ əsaslarda seçkilərin keçirilməsi;
  • Dözümlülük və plüralizmin inkişafı, şəxsiyyətin siyasətdə, iqtisadiyyatda, mədəniyyətdə və gündəlik həyatda azad seçiminə hörmətin artırılması;
  • İnformasiya və kommunikasiya azadlığı, müasir informasiya infrastrukturunun inkişaf etdirilməsi, müstəqil mətbuatın formalaşdırılması. İctimai rəyin demokratik nəzarət institutu kimi təşəkkül tapması;
  • İnhisarçılığa qarşı mübarizə və sağlam rəqabət üçün şəraitin yaradılması;
  • Siyasi və iqtisadi azadlıqlar vasitəsiylə azad, açıq vətəndaş cəmiyyətinin təşəkkülü;
  • Mülkiyyətçinin və sahibkarın müdafiəsi – mülkiyyətin toxunulmazlığı, təşəbbüsün stimullaşdırılması;
  • Ətraf mühitin amansız istismardan və çirklənmədən qorunması.

  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Nəzər nöqtəsi
  Konfranslar və Dəyirmi Masalar
  SEÇKİ 2010
  Fotoqalereya
  Video və musiqi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə