Partiya  Tramp Qarabağ üçün nə edə bilər? - Deputatların şərhi-

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan prezidenti İlham Əliyev Donald Trampı ABŞ prezidenti seçilməsi münasibətilə təbrik edib. Ölkə başçısı təbrik məktubunda Azərbaycan-ABŞ münasibətləri ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mühüm məqama toxunub. 

“Uzun illərdir ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkir. Ərazilərimizin 20 faizi işğal altındadır, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

Azərbaycanın ərazi bütövlüyü bütün dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, Ermənistan buna məhəl qoymur. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi, o cümlədən BMT-nin Baş Məclisi, ATƏT, Avropa Şurası, NATO, Avropa Parlamenti, İƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların qərar və qətnamələri yerinə yetirilməlidir. Münaqişə beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Ümidvaram ki, ABŞ Minsk qrupunun həmsədri kimi Sizin rəhbərliyiniz altında bu münaqişənin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə öz töhfəsini verəcəkdir”,-deyə Azərbaycan prezidentinin məktubunda qeyd edilib. 

Trampın prezident seçilməsi ABŞ-ın Qarabağ münaqişəsi haqda mövqeyin yenidən gündəmə gətirib. 

Tramp Qarabağ üçün nə edə bilər?

 

Millət vəkili Asim Mollazadə AzVision.az-ın bu sualında cavabında bildirib ki, ABŞ-Azərbaycan münasibətləri yeni müstəvidə inkişaf edəcək: “ABŞ-ın 45-ci prezidenti Donald Tramp bilavasitə xalqının iradəsini ifadə edib. Seçkilərin nəticələri onu göstərir ki, amerika xalqı ABŞ-ın sülh istiqamətində daha fəal, açıq şəkildə ifadə etməyini istəyir. Biz çox istərdik ki, ABŞ dünyada sülhün beynəlxalq hüquq normaları çərçivəsində bərqərar olunmağı istiqamətində öz fəaliyyətini gücləndirsin. Hesab edirəm ki, Trampın ABŞ prezidenti seçilməsi ilə bu ölkə ilə münasibətlərimiz yeni mərhələyə qədəm qoyacaq”. 

A.Mollazadə vurğulayıb ki, Donald Tramp Dağlıq Qarbağ münaqişəsinin həllində müsbət rol oynaya bilər: “Daha vacib məsələlərdən biri Trampın Dağlıq Qarabağ münaqişəsində tutacağı mövqedir. Burada maraqlı bir nüans var. Trampın erməni diasporu ilə heç bir bağlılığı yoxdur. Yəni, onun erməni diasporundan asılılığının olmamağı Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinə öz töhfəsini verə bilər. Çünki, bütün beynəlxlaq hüquq normaları Azərbaycanın tərəfindədir. Eyni zamanda ABŞ Azərbaycanla çoxşaxəli tərəfdaşlıq münasibətlərini gücləndirir və ümidvarıq ki, bu tərəfdaşlıq bölgəyə sülh gətirəcək”. ...

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə