Partiya  "Ermənilər Trampın əleyhinə ciddi işlər gördü…"-

Azərbaycan ABŞ-dan təhlükəsizlik, iqtisadi və digər sahələrdə dəstək alacaq, bu isə iki ölkə arasındakı əməkdaşlığı daha da gücləndirəcək.

Milli.Az bildirir ki, bu sözləri axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Deputat vurğulayıb ki, ABŞ bundan sonra öz siyasətində müəyyən dəyişikliklər etməlidir:

"Bu dəyişikliklər münaqişələrin həllində və sülhün bərqərar olmasında ABŞ-ın fəallığını artıra bilər. Donald Trampın prezident seçilməsi ABŞ-da müəyyən dəyişikliklərə ehtiyac zərurətinin yarandığının mühüm göstəricisidir".

Millət vəkili qarşıda ABŞ-Azərbaycan münasibətlərini gözləyən dəyişikliklərdən də söz açıb:

"Azərbaycan ABŞ-la bir neçə istiqamətdə əməkdaşlıq edir. Trampın prezidentliyi dövründə bu münasibətlər çoxşaxəli istiqamətlərdə inkişaf edəcək. ABŞ bölgədə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyətini gücləndirməlidir. Bu mənada erməni lobbisi Trampın prezident seçilməməsi üçün çox ciddi işlər gördü. Trampın məhz erməni diasporu ilə heç bir əlaqəsinin olmaması ABŞ-ın bundan sonra Dağlıq Qarabağla bağlı yürüdəcəyi siyasətə ümidlər yaradır".

A.Mollazadə Trampın Yaxın Şərq siyasətinə də münasibət bildirib: "Yeni administrasiyanın bu regionda davam edən münaşiqələrin həlli üçün danışıqlar yolunu seçməsi daha real görünür".

Qeyd edək ki, noyabrın 8-də keçirilən prezident seçkisində Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp qələbə qazanaraq ABŞ-ın 45-ci prezident olub.

Milli.Az

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə