Partiya  Millət vəkili: Azərbaycanın əqli mülkiyyəti beynəlxalq səviyyədə qorunmalıdır-

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanlı alimlər tərəfindən hazırlanan istənilən əsər, elmi iş beynəlxalq hüquq normaları çərçivəsində qorunmalıdır. Bunu Trend-ə açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

Millət vəkilinin sözlərinə görə, müasir dövlətin formalaşdırılması üçün elm və təhsil sahəsində aparılan islahatlar Azərbaycanı dünya standartlarına daha da yaxınlaşdırmalıdır.

A.Mollazadə deyib: “Əqli mülkiyyət hüququ vacib insan hüquqlarından biridir. Bu hüquqların beynəlxalq qanunvericiliklə qorunması Azərbaycan üçün vacib məsələlərdəndir. Bu sahədə beynəlxalq konfransların keçirilməsi Azərbaycanın beynəlxalq münasibətlərinin inkişafı və əqli mülkiyyətin qorunması səviyyəsinin yüksəldilməsi ilə bağlı vacib addım ola bilər”.

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə