Partiya  Asim Mollazadə: "Rusiyanın Azərbaycanla səmimi strateji tərəfdaş olmasına ciddi sübhə yaranıb"-

"Artıq bu sazişdən sonra Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişənin kim tərəfindən, nə məqsədlə yaradıldığı və indiyə qədər niyə həll olunmamasının səbəbləri bütün dünyaya bəlli oldu."

Bunu Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Rusiya prezidentinin Rusiya və Ermənistan qoşunlarının birləşmiş qrupunun yaradılması haqqında sazişi təsdiqləməsi və sazişin ratifikasiya üçün Rusiya Dövlət Dumasına göndərilməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, "bundan sonra Rusiyanın Azərbaycanla səmimi strateji tərəfdaş olmasına ciddi sübhələr yaranıb."

"İndiyə qədər Ermənistanın bütün strateji istiqamətləri, o cümlədən, iqtisadiyyatı, nəqliyyatı, hərbi hava qüvvələri Rusiyanın əlində idi. Ermənistan bu sazişdən sonra müstəqilliyini tamamilə itirərək Rusiyanın hərbi bazasına çevrilmiş oldu." - deyə Asim Mollazadə əlavə edib.

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə