Demokratik
İslahatlar Partiyasının sədri Asim Mollazadə Milli Məclisin deputatı, Avropa
İttifaqi-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Cavanşir Feyziyevin
rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində qurum çərçivəsində keçiriləcək
görüşlərdə iştirak etmək üçün Fransanın Strasburq şəhərinə işgüzar səfərə gedib.
Milli Məclisin 30 sentyabr 2016-cı il tarixli Qərarına əsasən Avropa Parlamenti
ilə əməkdaşlıq yenidən bərpa olunduqdan sonra bu, qarşı tərəfin dəvəti
əsasında Azərbaycan deputatlarının həyata keçirdikləri ilk səfərdir.
Səfər çərçivəsində nümayəndə heyətimiz Avropa İttifaqı-Azərbaycan Parlament
Əməkdaşlıq Komitəsinin həmsədri Səyyad Kərimlə, komitə üzvləri ilə, həmçinin
Avropa Parlamentinin bir sıra komitə və alt komitələrinin sədrləri və üzvləri
ilə görüşlər keçirəcək. Söhbət zamanı Milli Məclislə Avropa Parlamenti arasında
münasibətlərin hazırkı durumu və inkişaf meylləri müzakirə olunacaq.
Görüşlərdə həmçinin ikitərəfli münasibətlərin inkişafına mane olan amillərin
aradan qaldırılması, ölkəmizə qarşı Avropa Parlamentində müəyyən siyasi
qrupların mənafelərinə xidmət edən qərəzli sənədlərin bundan sonra qəbuluna yol
verilməməsi üçün atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılacaq.
|