Partiya  Türkiyə-AB gərginliyi müvəqqətidir – Millət vəkili-

Türkiyə-AB münasibətlərində olan gərginlik müvəqqəti xarakter daşıyır.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Deputat bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olan, təcavüzə və beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasına öz sərt reaksiyasını bildirən, ərazilərimiz işğal olunduqdan sonra Ermənistana beynəlxalq normalara uyğun sanksiya tətbiq edən ölkədir:

“Son vaxtlar Türkiyə Azərbaycanla birgə çox nəhəng strateji layihələri həyata keçirir, Şərq və Qərbi birləşdirən enerji və nəqliyyat dəhlizi yaradıb. Hər iki ölkənin Avropanın enerji təhlükəsizliyində böyük rol oynaması bu gün strateji və qardaşlıq münasibətlərinin güclü olmasından xəbər verir”.

Millət vəkilinin sözlərinə görə, Türkiyə bundan sonra da onunla tələblər dili ilə danışmağı qəbul etməyəcək:

“Avropa Birliyinin uzun illərdir qapılarını Türkiyəyə bağlaması və öz iddialarını ortaya qoyması təəssüf doğurur. Zənnimcə, son zamanlar yaranan AB-Türkiyə münasibətlərində olan gərginlik müvəqqəti xarakter daşıyır. Bu təşkilatda vahid birlik formalaşmayıb. Türkiyə böyük və nüfuzlu dövlət olduğuna görə də onunla hansısa tələb dilində danışmağı qəbul etmir və bundan sonra da etməyəcək”.

Qeyd edək ki, noyabrın 24-də Avropa Parlamenti Türkiyə-AB arasında üzvlüklə bağlı müzakirələri dondurduğunu elan edib.

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə