Partiya  Bizə sığorta şəhadətnaməsi lazımdırmı?-

Dekabrın 1-dən dövlət xəstəxanalarının ödənişli əsasda fəaliyyət göstərəcəyı barədə yerli mətbuatda gedən məlumat ciddi müzakirələrə səbəb oldu. 
 

Bir az sonra Səhiyyə Nazirliyinin mətbuat xidməti bu məlumatı təkzib edərək bildirdi ki,  yenilik xəstəxanaların hüquqi statusu ilə bağlıdır və  onların fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.

Səhiyyə Nazirliyi bu məsələyə aydınlıq gətirməzdən öncə dövlət xəstəxanalarının ödənişli əsasda fəaliyyət göstərəcəyi istiqamətdə müzakirələr davam edirdi.
 
Bəs bu gün dövlət xəstəxanalarında vəziyyət necədir? 
 
Heç kimə sirr deyil ki, pulsuz xəstəxanalarda keyfiyyətli tibbi xidmət almaq istəyən vətəndaşlar bunun üçün pul ödəməlidirlər. Burada ödənilən maliyyə sadəcə baş həkimin cibinə getmir, eyni zamanda bütün tibbi personal arasında bölünür. Xəstə yaxşı palata istəyirsə ödəməyə məcburdur. Müalicə edən həkimin diqqətini qazanmaq istəyirsə yenə ödəməyə məcburdur, tibb bacıları tərəfindən keyfiyyətli qulluq istəyirsə  yenə necə deyərlər, əlini cibinə salmalıdır.
 
Bəs mətbuatda yayılan məlumat doğru olsaydi və həqiqətən də dövlət xəstəxanaları ödənişli əsaslarla fəaliyyət göstərsəydi nə olardı? 
 

Bu yerdə dövlət xəstəxanalarının dövlət büdcəsi və xəstələrin sığorta ödənişləri hesabına fəaliyyət göstərdiyi beynəlxalq təcrübəyə nəzər yetirməyə ehtiyac yaranır.

Dövlət xəstəxanalarında icbari tibbi sığortanın tətbiqi  bu günkü vəziyyəti kökündən dəyişə bilərdi.
 

İlk növbədə, əğər xəstə bütün tibbi personala deyil, pulu sadəcə xəstəxanaya ödəsəydi, o zaman xəstəxananın  büdcəsi yaranardı və dövlət tərəfindən maliyyələşdirilməyə ehtiyac olmazdı, müəssisə öz-ozünü maliyyələşdirə bilərdi.

Bu dəyişiklik eyni zamanda dövlət xəstəxanalarında qəliz vəziyyəti  normal istigamətə dəyişərdi və xəstə ona göstərilən xidmətə görə xəstəxana personalına pul ödəmək məcburiyyətində qalmazdı. 
 

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə ANN.Az xəbər portalına açıqlamasında  bildirib ki,  icbari tibbi sığortanın tətbiqi üçün ciddi islahatlar aparılımalıdır. "Bunun üçün  sistemin həyati fəaliyyətini təmin edəcək güclü sığorta şirkətləri yaradılmalı,   özəl xəstəxanalara da dövlət tibb müəssələri kimi eyni səlahiyyətlər veriməlidir”.

"Mütləq   özəl şirkətlərdə  iş yeri tərəfindən  ödənilən tibbi sığorta şəhadətnaməsi  mexanizmı tətbiq olunmalıdır. Bu barədə ciddi düşünmək lazımdır. Tibbi sığortanın beynalxalq təcrübəsi Azərbaycanda ancaq müvafiq islahatlardan sonra tətbiq oluna bilər”, - deyə millət vəkili əlavə edib. 

Nuray Qasımzadə 
 

www.ann.az 

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə