Azadlıq, məsuliyyət, tolerantlıq,
sosial ədalət və bərabər imkanlar – liberalizmin əsas dəyərləri bunlardır və
biz partiyamızın proqramını məhz bu prinsiplər əsasında qururuq Demokratik İslahatlar Partiyası – azadfikirli
insanların, sürətli islahatlar tərəfdarlarının demokratik dövlət quruculuğu və ölkənin
Türk Dövlətləri Təşkilatı ilə sıx əməkdaşlıq şəraitində Türk dövlətləri ilə
qarşılıqlı inteqrasiyası naminə birliyidir Bizim
liberal dəyərlər Azadlıq,
məsuliyyət, tolerantlıq, sosial ədalət və bərabər imkanlar – partiyamızın proqramı
liberalizmin bu əsas dəyərlərindən qaynaqlanır. Bu prinsiplərin həyata keçməsi
güclü vətəndaş cəmiyyətinin, demokratik hakimiyyətin, azad bazarın və
beynəlxalq əməkdaşlığın əsaslarını yaradır. İnanırıq ki, qanunun
aliliyi, tam və keyfiyyətli təhsilə yiyələnmək üçün ədalətli şərait, söz,
toplantı və informasiya almaq azadlığı, qadınlar və kişilər üçün bərabər hüquq
və imkanlar, tolerantlıq və dözümlülük, sahibkarlığa və əməyin tətbiqinə azad imkan
fərdin azadlığını şərtləndirən amillərdir. Hesab edirik ki,
vətəndaş cəmiyyəti və konstitusiyalı demokratiya siyasi münasibətlər məcmusunun
ən ədalətli və sabit əsasıdır. Azad insanların elə bir vətəndaş cəmiyyətini
qurmaq istəyirik ki, burada hər bir kəs hüquqlarına təminat verən qanunlar
çərçivəsində yaşasın. Elə bir dövlət istəyirik ki, səlahiyyətləri demokratiya
qaydalarına tabe olub, demokratiya normaları ilə məhdudlaşsın. Əminik ki,
yalnız liberal bazar iqtisadiyyatı ictimai sərvətlərin dinamik toplanmasını və
ədalətli bölgüsünü təmin edə bilər. Demokratik
İslahatlar Partiyası – orta təbəqənin, sahibkarların, mülkiyyətçilərin,
intellektualların, öz ağılına və bacarığına güvənən, çörəyini alın təri və öz
əməyi ilə qazanan yaradıcı insanların siyasi maraqlarının ifadəçisidir. Partiya
sıralarında yüksək təhsilli və eyni zamanda kifayət qədər təcrübəli gənclər birləşib.
Zamanla ayaqlaşmayan idarəetmə struktur və sisteminin dəyişdirilməsini, dərin
islahatlar zərurətini dərk edən, və ən əsası, ən müxtəlif sahələrdə öz sözünü
deyə bilmiş, artıq bu gün yeni tipli menecerlər ola biləcək bu gənclər ölkəni
idarə etməyə hazırdırlar. İnsan hüquq
və azadlıqlarının dövlətin hüquqları qarşısında üstünlüyü partiyanın əsas proqramın
bəndidir. Mülkiyyətin toxunulmazlığı, sahibkarlığa dəstək, qanunun aliliyi və
qanun qarşısında hamının bərabərliliyi prinsiplərinin bərqərar olması bizim
üçün sözdə yox, işdə vacib anlayışlardır. Yalnız azad
adam qurub-yaratmaq, yaradıcı olmaq iqtidarındadır. Yalnız azad insanın ölkəsi
sözün əsl mənasında zənğin ola bilər; insan amili və potensialı təbii sərvətlər
və enetji ehtiyatlarından daha önəmlidir. Azadlığı olmayanların mədəni və
mənəvi inkişafı da mümkünsüzdür. Düşüncə və ideyaların azad mübadiləsi və
rəqabəti zəminində yetışən insan müstəqil düşünmək, qurub-yaratmaq, elmi və
incəsənəti inkişaf etdirmək iqtidarındadır. Ölkənin mədəni
sərvətini və müxtəlifliyini təşkil edən, etnik və dini tolerantlıq kimi tarixi
dəyərlərlərimizi təmsil edən, demək olar ki, bütün etnik və dini qruplar
partiyamızda təmsil olunub. Avropa
parlamentarizm ənənələrinə söykənən tolerantlıq, siyasi mübarizəni qanun və yüksək
siyasi mədəniyyət çərçivəsində aparmaq bacarığı partiyanın əsas prinsiplərindən
biridir. Məqsədimiz
parlament seçkisində qələbə, əsas rəqibimiz hakim partiyadır və ali qanunverici
orqanda yerlər uğrunda mübarizə də onunla olacaq. Liberal
siyasət mahiyyətcə sosial xarakter daşıyır. Yəni hüquqi dövlət prinsiplərindən
çıxış edərkən zəifin güclü qarşısında hüququnu da müdafiə edir; Bazar
iqtisadiyyatını dəstəkləyir, amma hamıya bərabər imkanlar təmin edir; Dövlətin
rolunun azaldılması uğrunda mübarizə aparır, ancaq sərvətlərin bölüşdürülməsi
zamanı dövlətin ilk öncə hakimiyyət sahiblərinin maraqlarına xidmət etməsinin,
sui-istifadələrin qarşısını alır. Həddindən
ziyadə dövlət müdaxiləsinə və inhisarçılığa qarşı çıxan (o cümlədən, əmək
bazarında) liberal siyasət hamı üçün iş yerlərinin açılmasına zəmin yaradır. Əminik ki,
bölüşdüyümüz bu qlobal liberal dəyərlərin ölkəmizdə təşəkkül tapması yalnız öz
təcrübəmiz əsasında mümkündür. Vəzifə və məqsədlərimiz Siyasətdə
pozitiv düşüncə tipi fəaliyyətin əsas metod və vasitəsidir. Biz pis hesab
etdiyimizin yalnız tənqidi ilə məhdudlaşmırıq. Əlbəttə, biz bugünkü duruma bəsdir
deyirik, amma eyni zamanda ondan konkret çıxış yollarını göstərir, qanunverici,
siyasi, iqtisadi, sosial müdafiə sahələrini əhatə edən konkret islahatlar
paketimizi təqdim edirik. Partiyanın
əsas vəzifələrindən biri ölkənin ərazi bütövlüyünün bərpa edilməsindən sonra isğalın
doğurduğu nəticələrin aradan qaldırılmasıdır. Partiyamızın bu sahədə əsas götürdüyü
istiqamət yaxın qonşuluq, sülh və sabitlik içində yaşayış, işğal nəticəsində
dağıdılmış kənd və şəhərlərin sürətli bərpası, dövlətin “Böyük qayıdış”
proqramının icrasına, məcburi köçkünlərin tez bir zamanda öz yurd-yuvalarında
məskunlaşmasına dəstək verməkdir. Partiya eyni zamanda qonşularla dövlət
sərhədlərinin delimitasiya və demarkasiyasını, sülh müqaviləsinin bağlanmasını,
kommunikasiyaların açılmasını, bunlara paralel olaraq ölkənin müdafiə
qabiliyyətinin daha da artırılmasını, Azərbaycan ordusunun daim formada
saxlanmasını vacib hesab edir. İqtisadiyyat sahəsində əsas prioritetlərimiz
bunlardır: -
dövlətin
iqtisadiyyatda rolunun köklü surətdə dəyişdirilməsi; dövlətin indiki əsasən
qadağanedici funksiyalarının iqtisadi bazarın əyər-əskiklərini nizamlayan
institutla əvəzlənməsi; -
effektiv
sosial müdafiə siyasəti; -
təbii
inhisarların sürətli islahatı; -
nisbi maliyyə
sabitliyinin dəstəklənməsi əvəzinə rəqabətədavamlı yerli müəssisələrin
yaranmasının stimullaşdırılması, dövlətin pul-kredit siyasətinin əsas
vəzifəsinə çevrilməsi. -
Bərpa olunan
enerjiyə keçid və bu istiqamətdə ən müasir texnologiyaların tətbiqi; -
Su
resurslarının qorunması üçün yeni suvarma texnologiyalarına tam keçid. Yeni vergi və
gömrük siyasətinin işlənməsi və yerli sahibkarın, istehsalçının
stimullaşdırılma və müdafiəsi üçün iqtisadi üsullardan istifadə edilməsi və
eyni zamanda iqtisadiyyatda mövcud sahə balansının dəyişdirilməsi ilə hasilat
sektorunun birtərəfli üstün vəziyyətindən iqtisadiyyatın diversifikasiyasına nail
olunması iqtisadi proqramımızın əsas müddəaları sırasındadır. Təhsil,
səhiyyə, ətraf mühitin mühafizəsi sistemlərində təxirəsalınmaz islahatlar paketləri
yeni dünya reallıqları çərçivəsində Azərbaycanın gələcək inkişafının və
rəqabətədavamlılığının zəmanətidir. Xarici
siyasət sahəsində ölkənin strateji istiqaməti Türk Dövlətləri Təşkilatı ilə sıx
əməkdaşlıq şəraitində Türk dövlətləri ilə qarşılıqlı inteqrasiyaya nail olmaq,
beynəlxalq münasibətləri siyasətin əsas prinsiplərindən olan tərəfdaşlıq və
əməkdaşlıq əsasında formalaşdırmaq, bu zaman beynəlxalq hüququn norma və
prinsiplərinə hörmətlə yanaşmaqdır. Partiya siyasət, iqtisadiyyat, ictimai inkişaf və
beynəlxalq münasibətlər sahələrində öz qarşısına aşağıdakı məqsədləri qoyur: ·
xüsusi
mülkiyyətin toxunulmazlığı; ·
Bazar
iqtisadiyyatının əsaslarının formalaşdırılması, milli sərvətlərin effektiv
toplanmasının və ədalətli bölünməsinin ən yaxşı özülünün azad iqtisadiyyat
olmasının getdikcə daha çox dərk edilməsi; ·
Azərbaycanın
dünyanın mühüm iqtisadi və siyasi strukturlarına mərhələli inteqrasiyası; ·
İnsan haqlarına
hörmətin artırılması, totalitar siyasi, milli, irqi diskriminasiya sistemlərinin
ləğv edilməsi; ·
Hakimiyyət
bölgüsünə və çoxpartiyalılığa əsaslanan siyasi sistemin inkişafı; ·
Bütün səviyyələrdə
(prezident, parlament, yerli) azad və alternativ əsaslarda seçkilərin
keçirilməsi; ·
Dözümlülük və
plüralizmin inkişafı, şəxsiyyətin siyasətdə, iqtisadiyyatda, mədəniyyətdə və gündəlik
həyatda azad seçiminə hörmətin artırılması; ·
İnformasiya
və kommunikasiya azadlığı, müasir informasiya infrastrukturunun inkişaf etdirilməsi,
müstəqil mətbuatın formalaşdırılması. İctimai rəyin demokratik nəzarət
institutu kimi təşəkkül tapması; ·
İnhisarçılığa
qarşı mübarizə və sağlam rəqabət üçün şəraitin yaradılması; ·
Siyasi və
iqtisadi azadlıqlar vasitəsiylə azad, açıq vətəndaş cəmiyyətinin təşəkkülü; ·
Mülkiyyətçinin
və sahibkarın müdafiəsi, müsbət və inkişafa hədəflənmiş təşəbbüslərin
stimullaşdırılması;
·
Ətraf mühitin
amansız istismardan və çirklənmədən qorunması |