Partiya  Asim Mollazadə: “Qarabağ danışıqları Rusiya ilə aparılmalıdır”-

“Dünən parlamentdə Milli Məclis rəhbərliyinin dəstəyi ilə soyqrımla bağlı ciddi müzakirələr oldu. Hər bir azərbaycanlı Xocalı soyqrımının cinayətkarlarının, uşaq qatillərinin ədalət məhkəməsində cəza almasını istədi. Biz bunu etməliyik”.


Teleqraf.com xəbər verir ki, bu fikirləri deputat Asim Mollazadə səsləndirib. Deputat daha sonra qeyd edib ki, son günlər baş verənlər göstərir ki, Ermənistan iqtisadiyyatı Rusiya tərəfindən özəlləşdirilib: “Üstəlik Ermənistan silahlı qüvvələri Rusiya silahlı qüvvələrinin tərkibinə keçir. Ermənistan onsuz da dövlət deyil. Zənnimcə, biz artıq danışıqları Ermənistanın rəhbərliyi ilə aparmamalıyıq. Başqa sözlə, münaqişənin həlli ilə bağlı Rusiya ilə danışıqlar aparmalıyıq”.


A.Mollazadə əlavə edib ki, Xocalı soyqrımında iştirak edən 366-cı alayın nümayəndələri Azərbaycana verilməlidir: “Xarici hakimlərin iştirakı ilə məhkəmə qurulmalıdır, hökmü də xarici hüquqşünaslar çıxarmalıdır. Azərbaycanla Rusiya arasında hüquqi əməkdaşlıqla bağlı razılaşma var. Əks halda bu razılaşmanın əhəmiyyəti qalmır”.


NEMƏT

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə