Demokratik İslahatlar Partiyasının
sədri Asim Mollazadə Azərbaycanın Xocalı soyqırımı ilə bağlı məhkəmə prosesinə
başlamasının dünyada böyük əks-səda doğura biləcəyini deyib.
O, bu barədə fikirlərini Milli Məclisin, “Qüdrətli Azərbaycan Naminə”
İctimai Birliyinin və Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Döstəyi Şurasının birgə hazırladığı “Soyqırımı və etnik
təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin
öyrənilməsi” layihəsinin təqdimat mərasimində səsləndirib. Məsələyə
daha real prizmadan yanaşmağı təklif edən deputat, Azərbaycanın bu məsələdə
gecikdiyini qeyd edib. “BMT Təhlükəsizlik Şurasının
bununla bağlı hansısa addım ata biləcəyinə bizim ümidimiz yoxdur. Amma
beynəlxalq məhkəmə cinayətkarları cəzalandıra bilər. Ölkəmiz beynəlxalq
hüquqşünasların iştirakı ilə Azərbaycanda belə bir məhkəmə prosesinin
keçirilməsinə nail olmalıdır. Hazırda 38 erməni cinayətkarı Ermənistanda və
Rusiyada yaşayır. Azərbaycan Rusiya ilə imzaladığı sazişə istinad edərək bu
cinayətkarların Azərbaycana təhvil verilməsinə nail olmalıdır. Bu gün yenə də
Rusiya və Ermənistan hərbi qüvvələri birləşib. Xocalı soyqırımında da Rusiyanın
366-cı alayı iştirak edib. Ancaq biz heç yerdə bunu tələb etmirik. Azərbaycan
Xocalı soyqırımı ilə bağlı məhkəmə prosesinə başlasa, dünyada böyük əks-sədası
olar” – deyə Asim Mollazadə bildirib.
|