Partiya  Azərbaycanın bu addımı dünyada əks-səda doğuracaq-

Xocalı soyqırımı ilə bağlı məhkəmə prosesi başlamalıdır.

Axar.az xəbər verir ki, bu fikirləri millət vəkili Asim Mollazadə Milli Məclisin, Qüdrətli Azərbaycan Naminə İctimai Birliyinin və Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə hazırladığı “Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimat mərasimində səsləndirib.

Onun sözlərinə görə, Azərbaycanın Xocalı soyqırımı ilə bağlı məhkəmə prosesinə başlaması dünyada böyük əks-səda doğuracaq.

Məsələyə daha real prizmadan yanaşmağı təklif edən deputat Azərbaycanın bu məsələdə gecikdiyini qeyd edib.

“BMT Təhlükəsizlik Şurasının bununla bağlı hansısa addım ata biləcəyinə bizim ümidimiz yoxdur. Amma beynəlxalq məhkəmə cinayətkarları cəzalandıra bilər. Ölkəmiz beynəlxalq hüquqşünasların iştirakı ilə Azərbaycanda belə bir məhkəmə prosesinin keçirilməsinə nail olmalıdır. Hazırda 38 erməni cinayətkarı Ermənistanda və Rusiyada yaşayır. Azərbaycan Rusiya ilə imzaladığı sazişə istinad edərək bu cinayətkarların Azərbaycana təhvil verilməsinə nail olmalıdır. Bu gün yenə də Rusiya və Ermənistan hərbi qüvvələri birləşib. Xocalı soyqırımında da Rusiyanın 366-cı alayı iştirak edib. Ancaq biz heç yerdə bunu tələb etmirik. Azərbaycan Xocalı soyqırımı ilə bağlı məhkəmə prosesinə başlasa, bunun dünyada böyük əks-sədası olar”.

Qeyd edək ki, sözügedən mərasimdə Milli Məclisdə soyqırıma məruz qalmış insanlarla bağlı yeni qanun layihəsinin hazırlandığı qeyd olunub.

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə