Partiya  Deputat: Xocalı faciəsinin günahkarlarının əksəriyyətinin Rusiyada gizlədilir-

Bakı, 29 noyabr, SalamNews, A.İsgəndərova. "Ermənistan Rusiyanın bir hərbi əyaləti olduğundan biz Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiya ilə danışıqlar aparmalıyıq".

SalamNews xəbər verir ki, bunu Milli Məclisin deputatı Asim Mollazadə Milli Məclisin bugünkü plenar iclasında qeyd edib. 

Asim Mollazadə qeyd edib ki, Ermənistan bu gün faktiki olaraq Rusiyanın bir hərbi əyaləti olduğundan müstəqil ölkə deyil: "Müstəqil olmadığından da Ermənistan danışıqlar prosesində imitasiya edir. Yaranmış vəziyyəti nəzərə alaraq Azərbaycan Ermənistanla münaqişənin həlli ilə bağlı aparılan danışıqlardan imtina edərək, ermənlərin həqiqi ağası olan Rusiya ilə danışıqlara başlamalıdır”.

Asim Mollazadə bildirib ki, Xocalı faciəsinin günahkarlarının əksəriyyəti Rusiyada gizlədilir: "Azərbaycan Rusiyaya müraciət edərək Xocalı soyqrımını törədən 366-cı alayın hərbçilərini və orada gizlənən erməniləri Azərbaycana təhvil verməlidir: "Çünki Azərbaycanla Rusiya arasında cinayətkarların ekstradisiyası haqqında saziş var. Biz bu sazişdən istifadə etməklə Rusiyadan bu cinayətkarların Azərbaycana təhvil verilməsinə və onlar üzərində xarici hakimlərin iştirakı ilə məhkəmənin təşkil olunmasına nail olmalıyıq. Biz xarici hakim və vəkillərin iştirakı ilə belə bir məhkəməni təşkil etməklə Xocalı soyqrımının beynəlxalq hüquqi müstəvidə tanınmasına nail ola bilərik. Əgər Rusiya iki ölkə arasında imzalanan sazişə əməl etməzsə, o zaman bu sazişdən imtina etməlidir".

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə