Partiya  Deputatlar Azərbaycan-Rusiya münasibətlərinə yenidən baxılmasını tələb edirlər-

Rusiyanın Ermənistanla hərbi ittifaqı dərinləşdirməsi Milli Məclis üzvləri tərəfindən narazılıqla qarşılanıb

BAKI, 29 noy — Sputnik. "Dünən mətbuatda oxudum ki, Ermənistanın prezidenti Respublikaçılar Partiyasının qurultayında Azərbaycanı, dolayısı ilə hədələyib. Aprel döyüşləri zamanı siçan kimi girməyə deşik axtaran Sarkisyan, indi Moskvada gedib özünə deşik tapdı. İndi oradan bizə meydan oxuyur. Arxasında Rusiyanın "İsgəndər" raketlərini hiss edir və özünü güclü sayır".....

.....Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə isə Xocalı soyqırımına diqqət çəkib: "Hər bir azərbaycanlını Xocalı soyqırımı ilə bağlı cinayətkarlar, qadın və uşaq qatillərinin ədalət məhkəməsinə çəkilməsi barədə məsələ çox ciddi maraqlandırır. Biz bu istiqamətdə böyük işlər görməliyik. Mən təklif olunan qanunu dəstəkləyirəm və biz bu qanundan irəli gələn zəruri addımları atmalıyıq".

© FOTO: AZƏRBAYCAN PREZİDENTİNİN RƏSMİ İNTERNET SƏHİFƏSİ Azərbaycan-Rusiya-İran üçbucağı nəhəng perspektivlər vəd edir Ermənistanın artıq öz müstəqilliyini tamamilə itirdiyini qeyd edən deputat, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları Rusiya ilə aparmağın daha doğru olacağını qeyd edib: "Son hadisələr göstərir ki, Ermənistanın strateji iqtisadiyyatı, enerjisi, nəqliyyatı və s. Rusiya tərəfindən özəlləşdirilib. Bundan başqa, Rusiya və Ermənistan qoşunlarının birləşmiş qrupunun, hava hücumundan birgə müdafiə qüvvələrinin yaradılması haqqında sazişlər artıq Duma tərəfindən təsdiqlənib. Ermənistanın silahlı qüvvələri artıq Rusiyanın tərkibinə keçib. Bu onu göstərir ki, artıq Ermənistan müstəqil bir dövlət deyil, Rusiyanın hansısa bir hərbi əyalətidir". "Belə olan halda, biz nə üçün danışıqları uzadırıq? Onsuz da artıq Ermənistan heç imitasiya da etmir, danışıqları tam pozur. Ermənistan müstəqil dövlət olmadığına görə, biz danışıqları onun sahibi ilə aparmalıyıq. Bu əyalətin rəhbərliyi Rusiyadır və mənə elə gəlir ki, Minsk qrupu, vasitəçiliyi Azərbaycanla Rusiya arasında etməlidir", — deyə A. Mollazadə bildirib. Millət vəkili Xocalı soyqırımı ilə bağlı atılacaq addımlara toxunarkən deyib: "Azərbaycanın Rusiya ilə hüquqi sahədə əməkdaşlıq barədə sazişi var. Bu sazişə əsasən, Azərbaycanın hərbi prokurorluğunun siyahısında olan və Rusiya ərazisində yaşayan 366-cı alayın cinayətkarları Azərbaycana təhvil verilməlidir. Biz tələb etməliyik ki, uşaq qatilləri Azərbaycanda ədalət məhkəməsinə çəkilsin. Azərbaycan xarici hakimlərin dəvəti ilə məhkəmə təşkil etməlidir. Bu məhkəmənin qərarının beynəlxalq hüquqi əsasının olması üçün o qərarı məhz xarici hakimlər çıxarmalıdır. Əgər Rusiya bu sazişdən irəli gələn zəruri addımları atmasa, biz bu sazişi tam pozulmuş hesab etməliyik".....

Read more: http://sputnik.az/azerbaijan/20161129/407902549/azerbaycan-rusiya-milli-meclis.html

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə