Partiya  " Bu, Ermənistanın özəlləşdirilməsinin sonudur" - ASİM MOLLAZADƏ-
Ermənistan görüşləri və danışıqları davam etdirmək istəmir

Bu barədə Sherg.az-a xarici işlər naziri Elmar Məmmədyarovun "Ermənistan Hamburq görüşünə hələ də cavab verməyib" iddiasına münasibət bildirərkən millət vəkili Asim Mollazadə bildirib. 

Deputatın sözlərinə görə, separatçı ölkə əvvəl etdiyi imitasiya xarakterli danışıqlara da çalışmır: 

Ermənistan dövlət kimi artıq mövcud deyil. Rusiya bu işğalçı ölkənin iqtisadiyyatını özəlləşdirib. Moskva İrəvanın hərbi qüvvələrini rus hərbi qüvvələrinə qoşub. Ermənistan Rusiyanın hərbi əyaləti və hərbi bazasına çevrilib. Bu mənada hesab edirəm ki, Minsk qrupu vasitəçiliyi Azərbaycanla Rusiya arasında etməlidir. Rusiya ilə münasibətlərdə Azərbaycanı dəstəkləməlidir. Ermənistanın bu prosesdə iştirakçı olmasına ehtiyac yoxdur. Çünki belə bir dövlət artıq mövcud deyil".

Rusiya - Ermənistan birləşmiş ordu qruplaşmasını dəyərləndirən parlamentari qeyd edib ki, bu, artıq Ermənistanın özəlləşdirilməsinin sonudur

" Ermənistan müstəqilliyini itirmiş bir əyalətdir".

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın Hamburq görüşünə hələ də cavab vermədiyini bəyan edib.

Ayyət Əhməd

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə