Partiya  “Ermənistan müstəqil dövlət deyil ki, biz onunla danışıq aparaq”-

Məhərrəmova/AZADİNFORM. Hazırda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı  heç bir danışıq yoxdur.

Bu fikri Azadinform-a Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib. O qeyd edib ki, Ermənistan Rusiya tərəfindən özəlləşdirilib, iqtisadiyyat, silahlı qüvvələr Rusiyanın nəzarətindədir. Belə olan halda Ermənistan müstəqil dövlət deyil, onunla danışıqlar aparmaq mənasızdır. A. Mollazadə bildirib ki, biz Minsk qrupundan danışıqları Rusiya ilə Azərbaycan arasında aparmağı istərdik: “Hesab edirəm ki, bu hansısa nəticəni verər. ATƏT və BMT münaqişəyə Rusiya prizmasından baxmalıdır. Ermənistan müstəqil dövlət deyil ki, biz onunla danışıq aparaq”. Deputat əlavə edib ki, beynəlxalq təşkilatların, AŞ PA, Avropa Parlamenti, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müvafiq qətnamələri var, lakin bu qətnamələr bir parça kağıza çevrilib. Onun fikrincə Qarabağ problemini yenidən beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq: “Azərbaycana təcili sülh, tezliklə münaqişənin həlli lazımdır. Biz bu istiqamətdə, rəsmi diplomatik sahədə, parlament diplomatiyası və ictimai diplomatiya sahəsində ciddi işlər  aparmalıyıq. Bütün gücləri səfərbər edərək dünyanı məlumatlandırmalıyıq”.

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə