Partiya  Ermənistan idarəetməni itirir: Artıq qərarları...-

Ermənistan artıq hansısa qərar vermək səlahiyyətində deyil.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Millət vəkili hesab edir ki, ATƏT-in Minsk Qrupu bundan sonra Rusiya ilə Azərbaycan arasında vasitəçi rolunu oynamalıdır:

“Ermənistan müstəqil dövlət deyil və tam bir hərbi bazaya çevrilib, nə iqtisadiyyatını, nə də silahlı qüvvələrini idarə bilir. Buna görə də biz beynəlxalq ictimaiyyətin diqqətini bir məsələyə yönəltməliyik ki, Ermənistanı idarə edən Rusiyadır və buna görə də ATƏT-in Minsk Qrupu Rusiya ilə Azərbaycan arasında vasitəçi olmalıdır. Bəlkə Moskva ilə danışıqlar nəticəsində sülh istiqamətində nəyəsə nail ola bildik. Çünki Ermənistan Rusiya ilə hərbi qüvvələrini də birləşdikdən sonra danışıqlar prosesindən çıxıb. Bu o anlama gəlir ki, İrəvan artıq hansısa qərar vermək səlahiyyətində belə deyil”.

Millət vəkili Rusiya-Türkiyə yaxınlaşması fonunda Moskva və Ankara arasında Qarabağla bağlı danışıqlara da aydınlıq gətirib: “Düzdür, Türkiyə Qarabağ prosesinə qoşulub, ancaq ortada, hələ ki, hər hansı razılaşma yoxdur, olsaydı, bir nəticəsi də olardı”.

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə