Partiya  Terror aktının yalnız Türkiyəyə qarşı deyil, bütün insanlığa qarşıdı-

Türkiyənin İstanbul şəhərində dekabrın 10-da qanlı terror aktı törədildi. Son məlumatlara görə, terror aktında ölənlərin sayı 44-ə çatıb. Yaralıların sayı isə 155-dir. Hücuma görə məsuliyyəti PKK terror təşkilatının bir qanadı sayılan TAK öz üzərinə götürüb.

Qərb isə istər siyasi, istərsə də media müstəvisində özünü çox susqun aparır. Rəsmilər Türkiyə rəhbərliyinə hadisə ilə bağlı üzüntülərini dilə gətirsələr də, bu, Fransa, Belçika, ABŞ və digər ölkələrdə törədilən terror aktlarına olan münasibətlə eyni deyil. Fransanın “Charlie Hebdo” satirik jurnalının redaksiyasına edilən hücuma reaksiyanı (2015-ci il yanvarın 7-də həyata keçirilən hücumda 12 nəfər ölmüşdü –red.) 2001-ci ilin sentyabrında Nyu-Yorkda əkiz qüllələrə edlən hücuma verilən reaksiya ilə müqayisə etmək olardı. Demək olar ki, bütün dünyanın dövlət və hökumət başçıları Parisə yığışaraq terrora qarşı birlikdə lənət oxudular. Lakin ki, son hücum da daxil olmaqla, Türkiyədə törədilən heç bir terror aktında analoji davranış müşahidə olunmur.

Elə media da siyasilərdən fərqli davranmır, terrorçularla terrora məruz qalanlar eyniləşdirilir, hətta PKK-lılara “məzlum” donu geyindirilir, 44 nəfərin həyatını itirdiyi hadisəyə bir neçə nəfərin əlbəyaxa davası kimi baxırlar. Parisdəki terror aktından canlı yayımlar verən “Euronews” və BBC kimi kanallar “yoxa” çıxıb. “The Independente” kanalı isə hadisəyə görə PKK-nı deyil, rəsmi Ankaranı günahlandırıb.

Türkiyədə törədilən terror aktlarına Qərbin səssizliyi, yaxud da lazım olan səviyyədə reaksiyanın verilməməsi nə ilə bağlıdır?......

.....Qərb liderlərinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana terror aktı ilə əlaqədar zəng etdiklərini deyən Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə bunun kifayət etmədiyini qeyd edib və əməli addımları atmalı olduğunu deyib.

Terror aktının yalnız Türkiyəyə qarşı deyil, bütün insanlığa qarşı olduğunu deyən millət vəkili hesab edir ki, bütün dünya terrora qarşı mübarizədə səylərini birləşdirməlidir.

Asim Mollazadə bildirib ki, Türkiyənin də üzvü olduğu NATO ölkələrinin anti-terror koalisiyası yaradılmaqla terrora qarşı mübarizə aparılmalıdır. O, əks halda terrorun həmin ölkələri də vuracağını söyləyib.

Müsahibimiz Qərb mediasının Türkiyədəki terrora münasibətinin isə təəssüf doğurduğunu dilə gətirib.

Ömər Dağlı

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə