Partiya  Ermənistana SARSIDICI ZƏRBƏ: Bakı İsraildən elə silah alır ki..-

Bu gün İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana səfər edib. Baş nazirin rəsmi saytının məlumatına görə, görüşlər zamanı regional, həmçinin iqtisadi, təhlükəsizlik və diplomatik məsələlər müzakirə olunacaq. Məlumata görə, səfər zamanı müzakirə olunacaq əsas məsələrdən biri də İsrail-Fələstin münaqişəsi olacaq.

Publika.az-a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə və beynəlxalq məsələlər üzrə ekspert Fərhad Mehdiyev səfərin əhəmiyyəti və gözləntiləri barədə fikirlərini dilə gətirib....

....Asim Mollazadə Azərbaycan və İsrail arasında əməkdaşlığın çoxşaxəli olduğunu bildirib.

Bu əməkdaşlığın hərbi, enerji, iqtisadi və mədəniyyət sahələrini əhatə etdiyini deyən millət vəkili bildirib ki, İsrail ərazi bütövlüyü məsələsində Azərbaycanın haqlı mövqeyinin müdafiəçisidir: “İsrail Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini müxtəlif beynəlxalq tribunalarda müdafiə edir. Eyni zamanda, Azərbaycanın üzləşdiyi təcavüzün nəticələri barədə dünyanı məlumatlandırmağa çalışır. Hesab edirəm ki, multikulturalizm ənənələrini daha yaxşı anlamaq üçün Azərbaycan-İsrail münasibətləri ən yaxşı modeldir və bu istiqamətdə əməkdaşlığı davam etdiririk”.

Yəhudi lobbisinin ABŞ və Avropada çox güclü olduğunu vurğulayan müsahibimiz qeyd edib ki, bu məqam da Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycan ona qarşı haqsız aparılan informasiya müharibəsində yəhudi lobbisindən dəstək alır.

Azərbaycan-İsrail münasibətləri zaman-zaman qonşu İran tərəfindən müsbət qarşılanmayıb. İsrail baş nazirinin sözügedən səfərinin Tehranda hansı reaksiya doğura biləcəyinə gəlincə, Asim Mollazadə bildirib ki, Azərbaycan-İsrail münasibətləri heç zaman üçüncü ölkəyə qarşı yönəlməyib. Millət vəkili həmçinin xatırladıb ki, Ermənistanda olarkən hər yerdə İranın yanacaq və ərzaq daşıyan avtomobillərini görüb: “Yüz minlərlə müsəlmanı evlərindən didərgin salan ölkəyə dəstək verən İrandır”.

Asim Mollazadə bildirib ki, İsrail baş nazirinin Azərbaycana səfəri ölkələr arasındakı mövcud münasibətləri daha da gücləndirəcək. O, hər iki ölkənin bunda maraqlı olduğunu vurğulayıb.

Ömər Dağlı

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə