Partiya  Deputat: “Azərbaycan-İsrail münasibətləri bir çox dövlətlərə nümunə ola bilər”-

Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Asim Mollazadə İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinə münasibət bildirib.

Publika.az-a deyib ki, Azərbaycan-İsrail münasibətləri bütün sahələrdə inkişaf edir:

“İki ölkə arasında çoxşaxəli münasibətlər mövcuddur. Bu əlaqələr iqtisadi, mədəni və təhlükəsizlik sahələrini də əhatə edir. İsrail Baş nazirinin Azərbaycana səfəri də bu münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Bu səfər müsbət əhəmiyyətə malikdir. Hətta, Azərbaycan-İsrail münasibətləri bir çox dövlətlərə nümunə ola bilər”.

İsrail-Fələstin probleminin həllində Azərbaycanın vasitəçilik etmək imkanlarını da dəyərləndirən A.Mollazadə qeyd edib ki, Azərbaycan Yaxın və Orta Şərqdə sabitliyin bərpa olunmasında maraqlıdır:

“Biz uzun illərdir davam edən İsrail-Fələstin probleminin tezliklə həllini tapmasını çox istəyirik. İstəyirik ki, İsrail və Fələstin əhalisi sülh və əminamanlıq şəraitində yaşasın. Düşünürəm ki, bu problemin həllinə Azərbaycan da öz töhfəsini verə bilər”.

Vasif Həsənli

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə