Partiya  Netanyahunun Bakı səfəri kimləri və niyə QICIQLANDIRIR?-

Ötən gün İsrailin baş naziri Benyamin Netanyahu Bakıya təşrif buyurdu. Bu onun Azərbaycana ilk rəsmi səfəri kimi tarixə keçdi. Səfər zamanı Netanyahu prezident İlham Əliyevlə görüşdü. Ölkə başçısı baş nazir Netanyahu ilə görüşdə Azərbaycanın İsraildən 4 milyard 850 milyon dollar civarında silah və sursat aldığını bildirdi və ardınca dedi ki, bu hələ son deyil....

.....Millət vəkili Asim Mollazadə hesab edir ki, İran öz dostu və qardaşı olan Ermənistan üçün narahatdır:

“Bu gün Ermənistana ən böyük enerji və iqtisadi dəstək İrandan gəlir. Hətta İran parlamentinin bəzi üzvləri qeyd edirlər ki, İranla Ermənistan bir millət iki dövlətdir. Münasibətlərin axıra qədər belə olacağını deyirlər. Rəsmi Bakının Tel-Əvivlə hərbi sənaye sahəsindəki əməkdaşlığı İranı narahat edir. Çünki Azərbaycanın hərbi qüdrətinin artması işğalçı Ermənistan üçün potensial təhlükə deməkdir”.

Asim Mollazadənin sözlərinə görə, Tehrandan fərqli olaraq Fələstinin Azərbaycan-İsrail münasibətlərinə heç bir etirazı yoxdur:

“Netanyahu Bakıya gəlməmişdən İran tərəfi Fələstin münaqişəsini ortaya atmışdı. Onu demək istəyirəm ki, hazırda Azərbaycan-Fələstin münasibətləri çox yüksək səviyyədədir. Mahmud Abbas Bakıda səfərdə olub. Fələstinin Azərbaycan-İsrail münasibətlərinə heç bir etirazı yoxdur. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının üzvü olanda da Fələstin münaqişəsinin həllinin tez bir zamanda vacibliyini qeyd etmişdi. İranın bu səfərlə bağlı narahatlığı bilavasitə Ermənistanla bağlıdır. Müttəfiqlərinə görə çox narahatdırlar. Tehran Tel-Əvivin Bakı ilə silah-sursat alış-satışına münasibətini anlamaq o qədər də çətin deyil. İranın İsrailin Azərbaycana silah satmasını qısqanmağa heç bir əsası yoxdur. Çünki İran İsraildəki müasir silah arsenalına malik deyil. İranın yeganə qorxusu Azərbaycan ordusunun güclənərək Ermənistanın işğalçılıq siyasətinə son qoyması ilə bağlıdır”. 


  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə