“Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyası Asim Mollazadəni
“Təhsilin dostu” mükafatı ilə təltif edib.
Mükafatın təqdimat mərasimində “Mənim Təhsilim, Mənim Gələcəyim!”
kampaniyasının rəhbəri Rəşad Bayramov qeyd edib ki, “Azərbaycan gənclərinin
maarifləndirilməsi istiqamətində atılan hər bir addım, deyilən hər bir söz
təhsilimizin inkişafına xıdmət edir. Odur ki, biz təhsilimizə xidmət edən və
onun dostu olan Asim Mollazadəyə təşəkkürümüzü bildiririk.” Asim Mollazadə isə öz növbəsində deyib ki, “Azərbaycan gəncləri öz
təhsilləri ilə dünyada rəqabətə davamlı, müasir vətəndaş kimi yetişməlidirlər.
Azərbaycanın gələcəyi peşəkar kadrların fəaliyyətləri ilə formalaşmalıdır.
Azərbaycan təhsili həm gənclərimizin, həm gələcəyi düşünən hər kəsin
təşəbbüsləri ilə inkişaf edəcək. Təhsil məsuliyyətli vətəndaşın dövlətinə və
vətəninə töhvələr verməsi üçün ən böyük vasitədir.” Təqdimat mərasimində sözügedən kampaniyanı təmsil edən onlarla gənc
iştirak edib. Asim Mollazadə onları maraqlandıran suallara cavab verib.
|