Partiya  Asim Mollazadəyə “Təhsilin dostu” mükafatı verildi- FOTO-

"Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyası millət vəkili Asim Mollazadəni "Təhsilin dostu” mükafatı ilə təltif edib.

Demokratik İslahatlar Partiyasının Mətbuat Xidmətindən Qaynarinfo.Az-a verilən məlumata görə, mükafatın təqdimat mərasimində "Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının rəhbəri Rəşad Bayramov qeyd edib ki, Azərbaycan gənclərinin maarifləndirilməsi istiqamətində atılan hər bir addım, deyilən hər bir söz təhsilimizin inkişafına xıdmət edir: "Odur ki, biz təhsilimizə xidmət edən və onun dostu olan Asim Mollazadəyə təşəkkürümüzü bildiririk”.

Asim Mollazadə isə öz növbəsində Azərbaycan gənclərinin öz təhsilləri ilə dünyada rəqabətə davamlı, müasir vətəndaş kimi yetişməli olduqlarını deyib: "Azərbaycanın gələcəyi peşəkar kadrların fəaliyyətləri ilə formalaşmalıdır. Azərbaycan təhsili həm gənclərimizin, həm gələcəyi düşünən hər kəsin təşəbbüsləri ilə inkişaf edəcək. Təhsil məsuliyyətli vətəndaşın dövlətinə və vətəninə töhvələr verməsi üçün ən böyük vasitədir”.

Təqdimat mərasimində sözügedən kampaniyanı təmsil edən onlarla gənc iştirak edib. Asim Mollazadə onları maraqlandıran suallara cavab verib.

Qaynarinfo.Az

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə