Partiya  “Azərbaycan-İsrail əməkdaşlığı çoxşaxəlidir” - Millət vəkili-

“Azərbaycan-İsrail münasibətləri hər iki ölkənin maraqlarına xidmət edir.”

Bunu AzNews.az-a Milli Məclisin deputatı Asim Mollazadə deyib. Onun sözlərinə görə, Azərbaycanın İsraillə əməkdaşlığı yüksək səviyyədədir:

“Əməkdaşlıq çoxşaxəlidir. Bu münasibətlərdən narahat olan ölkə İrandır. Bu gün bizim ölkədə Ermənistana ən çox dəstək verən, iqtisadi-nöqteyi nəzərdən yanacaq, qida ilə təmin edən, hətta Rusiyadan artıq dəstəkləyən ölkə İrandır. Ermənistan isə 100 minlərlə vətəndaşımızı didərgin salıb, Azərbaycanın bir hissəsini işğal edib”.

Asim Mollazadə hesab edir ki, Azərbaycan-İsrail münasibətlərinin əlehinə çıxış edən ölkə ilk növbədə müsəlman həmrəyliyi olaraq, Ermənistana yox, Azərbaycana dəstək nümayiş etdirsə, daha yaxşı olardı.

Bahar RÜSTƏMLİ
AzNews.az

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə