Partiya  Millət vəkili: “Ermənistan Rusiyanın hanısa hərbi bazası, əyalətidir” AÇIQLAMA | Sia.az-

“Azərbaycan hər zaman Rusiya ilə qonşuluq, əməkdaşlıq və tərəfdaşlıq siyasəti həyata keçirib. Ancaq Rusiya ATƏT-in Minsk qrupunun həmsədri funksiyasını yerinə yetirməsinə baxmayaraq, Ermənistana pulsuz olaraq təhlükəli silahlarla verir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

O qeyd edib ki, Ermənistan Rusiyanın əyaləti kimi qəbul edilməlidir: “Ermənistan artıq tam özəlləşib, silahlı qüvvələri Rusiyanın silahlı qüvvələrinin tərkibinə keçib. Onlara Rusiya tərəfindən pulsuz silahlar verilir. Minsk qrupunun həmsədri olan Rusiya belə addımlarla məsuliyyəti öz üzərinə götürür. Çünki Ermənistan artıq mövcud deyil. Ermənistan Rusiyanın hanısa hərbi bazası, əyalətidir. Bu gün Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Azərbaycana işgüzar səfəri çərçivəsində bu məsələlər də müzakirə mövzusu ola bilər”.

Elgün Vidadioğlu

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə