Partiya  İran dostu və qardaşı olan Ermənistana görə narahatdır – Deputatdan İranın XİN rəhbərinə CAVAB-

"Hərbi sənaye sahəsində Azərbaycanla İsrail arasındakı əməkdaşlıq İranın ən yaxın dostu, qardaşı olan Ermənistanın işğal siyasətinin qarşısını ala bilər”.

Bu fikirləri Unikal.org-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə İran Xarici İşlər nazirinin Benyamin Notenyahunun Bakı səfəri ilə bağlı yaydığı açıqlamaya münasibət bildirərkən deyib. O, qeyd edib ki, İran Xarici İşlər nazirinin narahatçılığının əsas səbəbi Ermənistanla bağlıdır. 


"Mənə elə gəlir ki, onların əsas məqsədi dost və qardaşları olan Ermənistanı qorumaqdan ibarətdir. Azərbaycan-İsrail münasibətləri heç bir ölkəyə qarşı deyil. Hətta Fələstin rəhbərliyi Notenyahunun Azərbaycan səfərinə qarşı olmadı. Səfərlə bağlı yeganə narahat olan ölkə İran və Ermənistandır. Həsən Ruhani yaxın günlərdə Ermənistana səfər edəcək. İran rəhbərliyi dəfələrlə orada olub. Hazırda nəinki Ermənistanın özündə, hətta, Azərbaycanın işğalda olan ərazilərində İranın yanacaq daşıyan maşınları, yük maşınları Ermənistana dəstək verir. Baxmayaraq ki, müsəlmanlar işğal olunmuş ərazilərdə etnik təmizləmələrə məruz qalıblar. Burada İranın istifadə elədiyi İslam amili həqiqətə uyğun deyil. İran Ermənistana verdiyi dəstəyi bu ölkənin ilk növbədə hansısa geostrateji maraqlarından irəli gələn Azərbaycan-İsrail münasibətləri ilə bağlıdır. Azərbaycan bütün qonşuları ilə normal münasibət saxlayır. Azərbaycan xalqı təəssüflənir ki, İran Ermənistana belə dəstək verir”.-deyə DİP sədri vurğulayıb. 

Cənab Mollazadə İran XİN rəhbərinin açıqlamasındakı "heç bir İran şirkəti Dağlıq Qarabağda fəaliyyət göstərmir” məqamına da toxunub: "Mən öz gözümlə İran maşınlarını Qarabağda görmüşəm. Mənə elə gəlir ki, İran XİN rəhbərinin bu cür sözləri həqiqətə uyğun deyil. Ermənistan iqtisadiyyatını gücləndirən, möhkəmləndirən məhz İrandır”.

Xatırladaq ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bildirib ki, Bizdə iranlı mühəndislərin Qarabağda olmasına dair məlumat yoxdur, biz bunu təsdiq etmirik.
O həmçinin İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinə də münasibət bildirib. B. Qasimi deyib ki, Azərbaycan müstəqil ölkədir və bu, Azərbaycanın daxili məsələsidir: "Ancaq düşünürəm ki, Azərbaycan bu səfəri qəbul etməməli idi. Biz İsrailin dağıdıcı hərəkətlərini və fitnəkar davranışını müşahidə edirik. Onlar İslam ölkələri arasında münasibətlərdə problemlər yaratmaq niyyətindədirlər".



Amid Əyyuboğlu
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə