Partiya  "Türkiyəni zəiflətmək üçün terraktların sayı artırılır"- ASİM MOLLAZADƏ-
Türkiyə bütün gücünü səfərbər edərək terrora qalib gələcək.

Bunu Sherg.az-a dekabrın 17-si Türkiyənin Kayseri şəhərində baş verən terror aktı barədə danışarkən Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib. 

Millət vəkili terrorçu birləşmələrə qarşı beynəlxalq zəmində ciddi işlər görülməli olduğunu diqqətə çatdırıb

"Türkiyə dövləti terrorla mübarizə tədbirlərini intensiv şəkildə gücləndirib. Hazırda dünyada terrorla məşğul olan iri şəbəkələr var ki, onlara qarşı ciddi mübarizə şəraitində bu problem həll edilə bilər. Həmin terror təşkilatları tərəfindən Türkiyənin hədəf kimi seçilməsinin arxasında müxtəlif ölkələrin maraqları və çirkin siyasi məqsədləri dayanır. Türkiyə regionun aparıcı dövləti olduğundan onu zəiflətmək və zərbə vurmaq üçün terror aktlarının sayı artırılır. Lakin əminliklə deyirəm ki, Türkiyə bütün imkanlarından istifadə edərək, terrorla mübarizədə qalib gələcək. Türk silahlı qüvvələri bu cinayətlərin qarşısını almağa qadirdir”.

Qeyd edək ki, dekabrın 17-si səhər saatlarında Kayseridə törədilən partlayış nəticəsində ölənlərin sayı 14-ə çatıb. Türkiyənin daxili işlər naziri Süleyman Soylu partlayışla bağlı 7 nəfərin saxlandığını, 5 nəfərinsə axtarıldığını deyib.

Aysel Aslan
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə