Partiya  Səfirin öldürülməsilə Türkiyə-Rusiya münasibətlərində kəskinləşmə müşahidə olunmur - deputat-

Bakı, 20 dekabr, SalamNews, A.Bayramova. “Türkiyədə baş verən hadisə dəhşətli terror aktıdır”.

Bunu SalamNews-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun sui-qəsd nəticəsində öldürülməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, dövlət başçılarının verdikləri bəyanatlardan da aydındır ki, onlar bu terror aktının məqsədinin Türkiyə-Rusiya münasibətlərinə zərbə vurmaq, regionda gərginliyi artırmaq olduğunu anlayıblar: “Ümidvarıq ki, Türkiyənin hüquq-mühafizə orqanları tezliklə araşdırmaları bitirəcəklər və beynəlxalq ictimaiyyəti yetərincə məlumatlandıracaqlar. Terror insanlara qarşı olan cinayətdir və bu cür cinayətlərin qarşısını almaq üçün beynəlxalq qüvvələr birləşməlidir və birgə hərəkət etməlidir. Ümid edirik ki, birgə səylər nəticəsində terrora qarşı birgə mübarizə təşkil ediləcək."

A.Mollazadə Türkiyə səfirinin öldürülməsinin Rusiya-Türkiyə münasibətlərinə mənfi təsirilə bağlı sualı cavablandırarkən deyib ki, hələlik bunun təzahürü müşahidə olunmur.


  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə