Partiya  “İran əslində, Ermənistan üçün narahat olub”-

Millət vəkilləri Ruhaninin Ermənistana səfərini pisləyir, bunun müsəlmanlıq hayqırtılarına yaraşmayan hərəkət olduğunu deyirlər 

Dekabrın 21-də İran prezidenti Həsən Ruhaninin Ermənistana rəsmi səfəri baş tutub. Buna münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyi səfərin İranın öz daxili işi olduğunu qeyd edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-nın sorğusuna cavabında deyib ki, İran müstəqil dövlətdir və bu səfər İran hökumətinin öz qərarıdır: "Azərbaycan-İran münasibətlərinin təməl prinsiplərindən biri də ölkələrin bir-birinin daxili işlərinə qarışmamasıdır. Amma nəzərə almaq lazımdır ki, Ermənistan regionda destruktiv siyasət yürüdən, qonşu dövlətlərə ərazi iddiaları irəli sürən, Azərbaycana qarşı təcavüz və işğal törətmiş dövlətdir. Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində törətdiyi qanlı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı hələ də qaçqın və məcburi köçkün vəziyyətində yaşamaq məcburiyyətindədir. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələrini, o cümlədən İslam dininə aid ibadət ocaqlarını, məscidləri talan və məhv etmiş, təhqir obyektinə çevirmiş ölkədir”.
 
 

Mövzu ilə bağlı fikirlərini "Kaspi” ilə bölüşən millət vəkili Asim Mollazadənin sözlərinə görə, İran parlamentinin deputatı da bildirib ki, "bir millət - iki dövlət” sistemi çərçivəsində fəaliyyət göstərirlər: "Ermənistana istər iqtisadi, istər enerji, istərsə də başqa sahələrdə ən böyük dəstək verən ölkə məhz İrandır. İsrail baş nazirinin səfəri ilə bağlı İran tərəfindən nümayiş olunan narazılıq məhz Ermənistana görə olan narazılıqdır. İran tərəfi çox narahat idi ki, Azərbaycan silahlı qüvvələri İsraillə əməkdaşlıq nəticəsində müasir silahlarla təmin oluna bilər və nəticədə Ermənistan əziyyət çəkmiş olar. Yəni etirazlarının səbəbi sırf bu faktdır, Ermənistanı düşünürlər. Bir məsələni də nəzərə çatdırım. Ruhani Qazaxıstana getmişdi. İsrail baş naziri Netanyahunun Azərbaycandan sonra Qazaxıstana səfəri olmuşdu. Qazaxıstanın İsraildə səfirliyi var və münasibətlər yüksək səviyyədədir. Amma Ruhani heç vaxt bu məsələlər ətrafında Qazaxıstana narazılıq etməyib. Bu kimi faktlar bir daha sübut edir ki, İran sadəcə, Ermənistan üçün narahat olur. Əsas məqsədləri Ermənistanı qorumaq, ona dəstək verməkdir. İsrail-Azərbaycan münasibətlərinin işğalçılar üçün təhlükə törədə biləcəyindən narahatdırlar. Sırf bu məqamlar üçün etiraz edirlər”....

Şəfa Tapdıq
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə