Partiya  "Bu, məğlub olan tərəfin özünə bəraət qazandırmaq cəhdidir"-

Rusiya ABŞ-dakı seçkilərə kibermüdaxilə edib, ya yox? Ekspertlərin fikri haçalanır.

BAKI, 9 yan – Sputnik. Rusiyanın Birləşmiş Ştatlardakı prezident seçkilərinə kiber hücum etməsi ilə bağlı ABŞ kəşfiyyatının yaydığı raportdan sonra yaranan qalmaqal böyüyür. Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) hazırladığı raportda qeyd olunur ki, Kreml rəhbərliyi 2016-cı il noyabrın 8-də keçirilən ABŞ seçkilərində Demokratların namizədi Hillari Klintonun məğlub olması üçün var gücü ilə çalışıb.  ABŞ Rusiyanın kiberhücumları barədə hesabat yayıb Hesabata görə, Rusiya dövlət başçısı Vladimir Putin, seçkidə Donald Trampın qalib olması üçün seçki nəticələrinə kiber hücum əmri verib. Raportda deyilir ki, Kreml Donald Trampın qələbəsinə kömək etmək üçün imkan olan bütün hallarda digər namizəd Klintonu gözdən salıb.....

......Millət vəkili Asim Mollazadə isə hesab edir ki, kiber hücumla bağlı hazırlanan raport həqiqəti əks etdirmir: “Burda bir sual yaranır. Əgər Rusiyadan kiber hücum var idisə, Obama administrasiyası hara baxırdı? Onlar nə üçün Amerikanı qoruya bilmədilər? İndi seçkilərdə məğlub olandan sonra, hansısa ittihamlarla çıxış edirlər. Bu ittihamları iraəli sürməzdən öncə, Rusiyanın Amerikaya təsirinin qarşısını almaq lazım idi. Ona görə də, mənə elə gəlir ki, bu, məğlub olan tərəfin özünə bəraət qazandırmağa çalışmasıdır”. 

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə