Partiya  Deputat: “ABŞ-Rusiya münasibətləri iki yol ayrıcındadır” AÇIQLAMA | Sia.az-

“Barak Obamanın prezidentliyi zamanı ABŞ və Rusiya arasında yaranmış gərgin münasibətlərin Donald Trampın dövründə müsbət məcrada inkişaf edə bilməsi Rusiyadan asılıdır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

Onun sözlərinə görə, hazırda ABŞ-Rusiya münasibətləri iki yol ayrıcındadır: “Amerikanın yeni prezidenti D.Trampın hakimiyyəti dövründə Rusiya öz siyasətində müvafiq dəyişikliklər edərsə, ABŞ-la münasibətlərində müəyyən müsbət tendensiyalar müşahidə oluna bilər. D.Trampın komandasında Amerikanın güclü qüvvə olmağı istiqamətində düşünən və çalışan şəxslər çoxdur. Məncə, Rusiya müvafiq addımlar atmasa, bu münasibətlərin müsbət inkişafı mümkün olmayacaq. O zaman ABŞ hansısa daha sərt siyasətə meyillənə və onu həyata keçirə bilər. Buna görə ABŞ-la münasibətlərinin müsbət inkişafı Rusiyanın davranışından asılı olacaq”.

Elgün Vidadioğlu

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə