Partiya  Azərbaycandan İslam həmrəyliyinə mühüm töhfə-
Asim Mollazadə: “İslam Həmrəyliyi ili” Azərbaycanın müsəlman dünyasında nüfuzunun daha da artmasına xidmət edəcək”

Azərbaycanda 2017-ci il "İslam Həmrəyliyi ili" elan olunub. Yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi ili" elan edib. 

Bu, Azərbaycan, eləcə də İslam dünyası üçün nə vəd edir?
Qeyd edək ki,  Azərbaycan hər zaman İslam dövlətləri arasında həmrəyliyin, birliyin olmasına çalışıb. Onun bütün fəaliyyəti ancaq ona yönəlib ki, İslam ölkələri arasında sıx birlik, əmin-amanlıq hökm sürsün. Azərbaycanın özündə iəs İslam həmrəyliyi sözün həqiqi mənasında tam olaraq öz əksini tapıb. Azərbaycanda neçə-neçə  əsrlərdən bəri mövcud olan bu həmrəylik bütün İslam dünyasına, xüsusən də hazırda bir-birilə məzhəb davası aparan ölkələrə bir nümunədir.....

.....Milli Məclisin deputatı Asim Mollazadə də bildirdi ki, “İslam Həmrəyliyi ili” Azərbaycanın müsəlman dünyasında nüfuzunun daha da artmasına xidmət edəcək: “Ümidvaram ki, “İslam Həmrəyliyi ili”nin élan olunması Azərbaycan üçün öz dəyərlərini İslam dünyasında geniş yaymaqda, həmrəylik vasitəsilə dünyaya çatdırmaqda  mühüm addım olacaq. 

Azərbaycan multukultural dəyərlərə malik bir ölkədir. Bu dəyərləri dünyanın bir çox ölkələrinin mənimsəməsi olduqca vacibdir. Azərbaycanda élan edilən “İslam Həmrəyliyi ili” çərçivəsində xalqımızın əsrlər boyu inkişaf etdirdiyi sivil, multukultural dəyərlərin digər İslam ölkələrində də geniş yayılmasına töhfə verə bilərik”.
Rüfət NADİROĞLU
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə