Partiya  “Beynəlxalq təşkilatlar Ermənistanın cinayətkar rejimi qarşısında acizdir”-

“Ermənistanın mövqeyinə yeni heç nə yoxdur. Uşaqların, qadınların qatilləri meyitlərlə də eyni cür davranırlar”. 

Bunu  millət vəkili Asim Mollazadə Ermənistan tərəfinin Azərbaycan hərbçisinin meyitini qaytarmaqdan imtina etməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib. Millət vəkili əlavə edib ki, fakt beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun diqqətinə çatdırılıb: “Bir neçə beynəlxalq təşkilatın nümayəndələri öz mövqelərini ifadə ediblər. Amma təəssüf ki, beynəlxalq təşkilatlar bu cinayətkarlar qarşısında acizdirlər. Xocalı qatilləri öz siyasətlərini davam etdirir və burda yeni heç nə yoxdu”.

Qeyd edək ki, 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir. Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.....

PƏRVANƏ

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə