Partiya  Prezidentin müşavirəsi ötən ilin uğurlu hesabatı idi – EKSPERTLƏR-

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Ölkə başçısı iclasda bir sıra məsələlərə toxunub.

Prezident iclasda giriş nitqi söyləyərək 2016-cı ildə dünyada və regionda təhlükələrin artdığını, qanlı müharibələrin davam etdiyini, hətta yeni münaqişə ocaqlarının yarandığını, iqtisadi inkişafla bağlı vəziyyətin də ağırlaşdığını deyib. Bildirib ki, bütün bunlara baxmayaraq, Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirib, təhlükəsizlik tədbirləri təmin olunub, xalqımız sülh və əmin-amanlıq şəraitində yaşayıb. Ölkə başçısı keçən il Azərbaycana 8 milyard dollar xarici, 3,7 milyard dollar daxili sərmayənin qoyulduğunu, maaşların 7, pensiyalar 8 faiz artdığını və yenə də artmalı olduğunu qeyd edib.

Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri  Asim Mollazadə hafta.az-a açıqlamasında bildirib ki, ölkə başçısının ötən ilin yekunlarına həsr olunmuş tədbirdə 2017-ci il üçün qarşıya qoyduğu məsələlərin hamısının həll olunacağına onun heç bir şübhəsi yoxdur:

“Azərbaycan iqtisadiyyatının 2017-ci ildə şaxələnməsi, inteqrasiyası üçün dövlət bir sıra layihələr hazırlayıb. Onun icrasının həyata keçirilməsi nəzərdə tutulur. Bundan sonrakı illərdə iqtisadiyyatımızın neftdən asılılığı aradan qaldırılmalıdır. Prezident də buna xüsusi diqqət çəkdi. Ümid edirəm ki, bu il iqtisadi islahatlar üçün hazırlanan yol xəritəsi planı uğurla icra olunacaq. Həmçinin ölkə başçısı qeyd etdi ki, 2016-cı il dünya iqtisadiyyatı üçün ağır keçsə də, ötən il bizdə maaşlar 7, pensiyalar 8 faiz artıb və yenə də artmalıdır. Bu o deməkdir ki, əhalinin güzaranı dövlət rəhbərliyi tərəfindən diqqətdə saxlanılır. Ölkə başçısı ilin yekunlarına həsr olunan toplantıda bir məsələyə xüsusi diqqət çəkdi. O bildirdi ki, kommunal xidmətlərin diferensiallaşdırılması da sosial ədalət prinsipinə əsaslanıb. Yəni orta təbəqənin maraqları nəzərə alınıb. Sosial siyasətin tərkib hissəsi olan təhsilə ayrılan vəsaitlər də ötən il artırılıb. Çox güman ki, bu il də belə olacaq. Təkcə ötən il 485 məktəb təmir olunub, 29 yeni məktəb tikilib. Eyni zamanda, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılıb. 2017-ci ildə də bu işlərin davamına ümid edirəm".....

Tural Turan, hafta.az

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə