Partiya  Ermənistan hər an təxribat törədə bilər - Millət vəkili-

Ermənistan nə indiki məqamda, nə də bundan sonra hansısa danışıqlar prosesinə hazırdır.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Deputat İrəvanın açıq-aşkar öz işğalçı siyasətini davam etdirdiyini vurğulayıb:

“Ermənistanı idarə edən rejim öz cinayətkar siyasətini davam etdirir və ona görə də yaxın müddətdə Qarabağ məsələsində hansısa bir irəliləyiş görünmür. İşğalçının belə davranmasının səbəbi beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən Ermənistanın ünvanına təzyiqlərin olmamasıdır. Məhz bu mənada Ermənistanın siyasətində hansısa bir dəyişiklik gözləmirəm”.

Millət vəkili onu da qeyd edib ki, Azərbaycan hər zaman Ermənistanın təcavüzünə hazır olmalıdır:

“Azərbaycan Silahlı Qüvvələri bölgənin ən müasir texniki silahları ilə təmin olunur və bu proses davam etməlidir. Çünki ölkəmizin müstəqilliyinə qarşı istənilən an təxribatlar ola bilər”.

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə