Partiya  Asim Mollazadə: "Tələblərə uyğun olmayan universitetlərin fəaliyyəti dayandırılmalıdır”-
....Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Asim Mollazadə "Təfəkkür" Universitetinin bağlanma səbəbini belə şərh edib: "Universitetin bağlanma səbəbi, zənnimcə, yetərincə keyfiyyətli təhsil verə bilməməsi ilə bağlıdır. Mənə elə gəlir ki, universitetin bağlanmasında müəyyən qədər Təhsil Nazirliyinin də istəyi olub. Azərbaycanda təhsil sistemində çox ciddi islahat həyata keçirilməlidir ki, həm özəl universitetlərdə, həm dövlət mülkiyyətində olan universitetlərin səviyyəsi beynəlxalq səviyyədə, Avropada "Baloniya" sisteminin tətbiq etdiyi ümumi kurikuluma uyğun olsun. Mənə elə gəlir ki, tələblərə uyğun olmayan universitetlərin fəaliyyəti dayandırılmalıdır”.

Qeyd edək ki, Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universiteti ötən ilin oktyabr ayının 11-də Təhsil Nazirliyinə müraciət edərək, universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirib. Universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini nəzərə alaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi "Təfəkkür” Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017-2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib.

Nazirlik məlumat yayıb ki, tələbələrə ixtisasları, habelə qəbul imtahanlarında topladıqları balları nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində maneəsiz yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq. Eyni zamanda köçürüləcək universitetlərdə onlar üçün təhsil haqqının artımına yol verilməyəcək. Tələbələrdən qış imtahan sessiyasının başa çatmasından sonra universitetdə fəaliyyət göstərəcək İşçi qrupla əlaqə saxlanılması xahiş olunub. 

Ali Zeynal
Toplum TV
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə