Partiya  Tramp Azərbaycanla da münasibətlərdə yeni səhifə açır-

Asim Mollazadə: “Ümidvarıq ki, ABŞ-Azərbaycan münasibətləri yeni administrasiya dövründə tamamilə dəyişəcək”

Dövlət Departamentində ABŞ-ın yeni administrasiyasından xarici siyasət gözləntilərinə dair konfrans keçirilib. Amerika Xarici Siyasi Xidməti Assosiasiyası (The Associates of the American Foreign Service Worldwide) tərəfindən təşkil edilmiş konfransın əsas məqsədi Vaşinqtonda akkreditə olunmuş diplomat və ekspertlərin iştirakı ilə məsələ üzrə fikir mübadiləsinin aparılması olub.

Tədbirdə natiq qismində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Sinqapurun ABŞ-dakı səfiri Aşok Kumar Mirpuri və tanınmış siyasi şərhçi Duqlas Makqreqor çıxış ediblər. Konfransa Dövlət Departamenti və Vaşinqtondakı düşüncə mərkəzlərinin nümayəndələri, habelə diplomatik korpusun təmsilçiləri də daxil olmaqla təqribən 150 nəfər qatılıb.
Səfir E.Süleymanov çıxışında Azərbaycan ilə ABŞ arasındakı mövcud münasibətlərin tarixindən danışıb, son 8 ildə ABŞ-ın apardığı xarici siyasətin bu ölkənin bir çox müttəfiq və tərəfdaşlarını məyus etdiyini xatırladıb. O, yeni administrasiyanın ardıcıl, strateji yanaşma tətbiq etməklə suveren bərabərlik, qarşılıqlı hörmət və maraqlar əsasında öz tərəfdaşları ilə münasibətləri inkişaf etdirəcəyinə dair ümidini ifadə edib.
Siyasilərin fikrincə, ABŞ və Azərbaycan arasında D. Tramp dövründə əməkdaşlığın yeni mərhələsinin başlanmasını gözləmək olar. ABŞ-ın əvvəlki iqtidarından fərqli olaraq indiki hakimiyyət komandası Azərbaycana daha yaxın görünür....

....“Ümidvarıq ki, ABŞ-Azərbaycan münasibətləri yeni administrasiya dövründə tamamilə dəyişəcək”. Bu sözləri  Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə bildirdi: “Məlumdur ki, yeni seçilmiş ABŞ prezidentinin və onun komandasının  erməni icmasının qarşısında öhdəlikləri yoxdur. Barak Obama admnistrasiyasının isə bir neçə ən yüksək səviyyəli nümayəndələri vaxtı ilə “907-ci düzəliş”in müəllifi olublar. Hansı ki, bu da ölkələr arasında yaşanan problemlərin ən əsas səbəbi idi”.
Mübariz BAYRAMOV

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə