Partiya  ABŞ "dünya jandarmı" rolundan imtina edir?-

Ekspertlərin fikrincə, Trampın hakimiyyəti dövründə Amerika daha çox daxili problemləri ilə məşğul olacaq

BAKI, 23 yan — Sputnik. Birləşmiş Ştatların yeni prezidenti Donald Trampın andiçmə mərasimindəki çıxışı dünyada maraqla qarşılanıb. Ağ Evin yeni rəhbəri əvvəlki prezidentlərdən fərqli çıxış edərək, sadəcə amerikalılar üçün mesajlar verib. © FOTO: APA Asim Mollazadə Trampın çıxışında, onun dövründə Amerikanın dünya jandarmı rolunu oynamayacağı tezisləri sezilir Yeni prezident özündən əvvəlkilərin fəaliyyətini də tənqid edib. Amerikada işsizliyin artdığını, zavodların bağlandığını, ordunun zəiflədiyini deyən Tramp, bu problemləri aradan qaldıracağını qeyd edib. O, həmçinin "radikal islam" kəlməsindən istifadə edib və deyib ki, "radikal islamı" yer üzündən siləcək. Ağ Ev rəhbərinin andiçmə mərasimi zamanı verdiyi mesajları Sputnik Azərbaycan-a dəyərləndirən millət vəkili Asim Mollazadənin fikrincə, "radikal islam" ifadəsi bütün müsəlmanlara deyil, terrorçu təşkilatlara yönəlib: "Beynəlxalq terrorun nə dini var, nə də milləti. Terror insanlığa qarşı cinayətdir. Düşünürəm ki, bu cinayətlə mübarizədə bütün dünya öz gücünü birləşdirməlidir. Və anti-terror koalisiyası beynəlxalq terroru məhv etməlidir". Mollazadə Tramp administrasiyasının daha çox ABŞ-ın daxili məsələlərinə zaman ayıracağını düşünür: "Onun çıxışında da hiss olundu ki, yeni dövrdə ABŞ dünya jandarmı rolunu oynamayacaq. Amerikanın daxilində iqtisadi islahatlar aparılmalıdır. Tramp iri infrastruktur layihələrini həyata keçirmək üçün ciddi çalışacaq. Bu, onun seçki kampaniyasının ən əsas vədlərindən biridir"....



  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə