Partiya  Güclənən ordumuz Qarabağ münaqişəsinin həllini tezləşdirəcək-

Asim Mollazadə: “Ermənistan və onun sahibləri bilməlidir ki, Azərbaycanla təzyiqlər dili ilə danışmaq mümkün deyil”

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında bildirib ki, biz hərbi gücümüzü artırmışıq və artıracağıq: «Siyasi addımlar atılacaq ki, beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı öz mövqeyini daha da geniş ifadə etsin. Biz öz iqtisadi gücümüzü artıracağıq və bütün böhranlara baxmayaraq, ordumuza nə qədər vəsait lazımdırsa, o qədər də təmin ediləcəkdir. 

Bu gün də bizim büdcə xərclərimizin strukturunda hərbi xərclər birinci yerdədir. Bizim başqa ehtiyaclarımız da var. Sosial məsələlərin həlli, infrastruktur layihələrinin icrası, digər vacib məsələlər var. Onlar da öz həllini tapır. Amma, ilk növbədə, ordu quruculuğudur. İlk növbədə, ordumuzun ehtiyacları təmin edilməlidir və biz gücləndikcə, əlbəttə ki, münaqişənin həllini yaxınlaşdıracağıq»....


....Milli Məclisin deputatı Asim Mollazadə vurğuladı ki, Azərbaycanla heç kim təzyiq diliylə danışa bilməz: “Əslində, Azərbaycanın mövqeyi aydındır. Azərbaycan sülh istəyir, münaqişənin sülh yolu ilə həllində maraqlıdır. Lakin ən zəruri, bütün dünyaya Azərbaycanın verdiyi mesaj ondan ibarətdir ki, ölkəmiz Qarabağı öz ərazisi kimi mütləq azad edəcək. Azərbaycan öz müstəqilliyi və dövlətini qorumaq üçün çox ciddi və güclü silahlı qüvvələrə malik olmalıdır. Bu mənada düşünürəm ki, Prezidentin hərbi hissədə söylədikləri dünyaya tam  aydın və açıq şəkildə verilən bir mesajdır. Azərbaycan öz ordusunu ən müasir silahlarla təmin etmək üçün bütün imkanlarından istifadə edəcək. Ermənistan və onun sahibləri bilməlidir ki, Azərbaycanla təzyiqlər dili ilə danışmaq mümkün deyil”.
Rüfət NADİROĞLU 

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə