Partiya  Yəhudi lobbisi Qarabağ münaqişəsinin həllində ABŞ-da fəaliyyətini genişdəndirəcək-
Asim Mollazadə: “Sirr deyil ki, həm İsrail, həm də Amerikada fəaliyyət göstərən əsas yəhudi təşkilatları Azərbaycanı dəstəkləyirlər” 

ABŞ-ın yeni prezidenti  Donald Trampın  komandasında əslən yəhudi olan xeyli vəzifəli şəxs var. Tramp bu fonda İsraillə münasibətələrə xüsusi diqqət yetirir. Bunun nəticəsidir ki, Tramp rəsmi fəaliyyətə başlayan andan xarici ölkə rəhbərlərilə rəsmi ilk telefon danışığını da məhz İsrailin baş naziri Benyamin Netanyahu ilə aparıb. İsrailin isə Azərbaycanla əlaqələri yüksədir. 

Azərbaycan bu ölkədən  silah alır, ora isə əsasən neft və neft məhsulları göndərir. İsrail həm də Azərbaycanla əlaqləri daha da gücləndirməyə  çalışır. İsrail lobbisi və diasporu dünyanın ən güclü lobbi təşkilatlarındandır. Onun ABŞ hökuməti və qanunverici orqanına təsirləri də kifayət qədərdir. Yəni, ümumi mənada belə demək mümkünsə, həm Vaşinqton, həm də Bakının İsraillə münasibətləri ən yüksək səviyyədədir və bu əlaqələr daim inkişaf edir.  
Bu fonda gözləmək  olarmı ki, İsrail Qarabağ məsələsinin həllində ABŞ-a təsir etsin, yəhudi lobbisi bu məsələdə fəaliyyətini genişləndirsin?
Milli Məclisin deputatı Asim Mollazadə İsrailin sözügedən məsələdə ABŞ-ın yeni adminstrasiyasına təsir imkanlarını genişləndirəcəyinə ümid edir: “Sirr deyil ki, həm İsrail, həm də Amerikada fəaliyyət göstərən əsas yəhudi təşkilatları Azərbaycanı dəstəkləyirlər. ABŞ-da əvvəlki adminstrasiyanın İsrailə qarşı olan hücumları, BMT Təhlükəsizlik Şurasında Təl-Əvivə qarşı müvafiq qətnamənin qəbul edilməsi məhz öncəki Vaşinqton hökumətinin təşəbbüsü və icazəsilə həyata keçirildi. Ona görə də Donald Tramp bu istiqamətdə siyasətini tamamilə dəyişdirməlidir. Ümidvaram ki, həm İsrailə, həm Azərbaycana münasibətdə Ağ Evin yeni sahibi öz milli maraqları və siyasətindən irəli gələn hərəkət və siyasəti formalaşdıracaq. Bu da ölkələrimiz arasında münasibətlərin müsbət inkişafına təkan verəcək. Azərbaycan tərəfindən də yəhudi lobbisi ilə əlaqələrin daha yüksək səviyyəyə qaldırılması, onların Dağlıq Qarabağ məsələsinin həllində Vaşinqtona təsir etməsi istiqamətində müvafiq işlər görülür. Azərbaycanın dəyərləri, azərbaycanlılarla yəhudilərin birgəyaşayışı barəsində artıq ABŞ-dakı yəhudi lobbisi geniş bilgilərə malikdirlər. Bu mənada yəhudi lobbisi də sözügedən istiqamətdə Azərbaycanı dəstəkləmək üçün müvafiq addımları atırlar”.....

Rüfət NADİROĞLU

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə