Partiya  Gürcüstana yaşıl, Azərbaycana qırmızı işıq... - ŞƏRHLƏR-
Ötən gün Avropa Parlamentinin keçirilən plenar iclasında Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi məsələsinə baxılıb və Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinə dair qərar qəbul olunub. 

Bəs Gürcüstana tətbiq olunan qaydalar, huquqi aktlar Azərbaycana niyə tətbiq olunmur? Buna mane olan nədir?

Toplum TV olaraq bu suallara cavab almaq üçün ekspertlərə üz tutduq:

Asim Mollazadə: "Vizanın ləğvi istiqamətində də müvafiq addımlar atılacaq”

Milli Məclisin deputatı Asim Mollazadə Toplum TV-yə açıqlamasında  bildirib ki, Azərbaycan bu istiqamətdə danışıqlar aparır.
 Картинки по запросу Asim Mollazade'
Onun sözlərinə görə, Azərbaycan hazırda Avropa Birliyi ilə Böyük Tərəfdaşlıq sazişi üzərində işləyir və güman edirik ki, bu sazişin tərkib hissəsində vizalarla bağlı məsələ də öz əksini tapacaq: "Hazırda bildiyiniz kimi, Azərbaycan Avropa Birliyi ilə transmissiya haqqında sazişi imzalayıb. Nəticədə bu Azərbaycanla Avropa Birliyi arasında vizaların yüngülləşdirilmə rejimi müəyyənləşdirilib. İstisna deyil ki, gələcəkdə viza rejimi istiqamətində də işlər yekunlaşacaq. Sadəcə, bir şeyi demək istərdim ki, Gürcüstan Avropa Birliyi ilə Assossiativ saziş imzalayıb və bu Assossiativ sazişə malik olan ölkələrin əksəriyyəti viza rejiminin ləğv olunmağı, ya da çox ciddi yüngülləşdirilməsi istiqamətində işlər aparır. Azərbaycan  Avropa Birliyi ilə belə sazişi imzalamağı planlaşdırmır, əvəzinə isə Tərəfdaşlıq və Əməkdaşlıq haqqında saziş üzərində iş gedir. Məsələn baxmayaraq Ukrayna Avropa Birliyi ilə Assossiativ saziş imzalayıb, neçə müddətdir ki, viza rejiminin ləğvinə nail ola bilmir, çünki bir çox Avropa ölkələri bunun əleyhinədir. Yəni bu, bir prosesdir. Düşünürəm ki, Azərbaycan da zamanında bu istiqamətdə çox şeyə nail ola biləcək, çünki Azərbaycanın Avropa Birliyi ilə çoxtərəfli tərəfdaşlıq sazişləri hazırlayıb və vizaların ləğvi istiqamətində də müvafiq addımlar atılacaq”....
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə