Partiya  Rəsmi Bakının TANAP-a bağlı ümidləri yarımçıq qala bilər?-



Font ölçüsü : - / +

bitmap-img6


Asim Mollazadə: “Rusiya prezidentinin “Türk axını” layihəsini təsdiqləməsi rəsmi Bakının TANAP-a bağladığı ümidləri heç vaxt  yarımçıq qoya bilməz”.

Xəbər verdiyimiz kimi Rusiya prezidenti Vladimir Putin “Türk axını” təbii qaz boru xətti layihəsinə dair müqaviləni təsdiqləyib. Dumanın bu ilin 20 yanvar tarixində qəbul etdiyi bu müqavilə fevralın 1-də Federasiya Şurasının da təsdiqini almış və prezidentə təqdim edilmişdi. Vladimir Putinin də təsdiqindən sonra artıq “Türk axını” layihəsinin reallaşması üçün heç bir əngəl qalmır. Amma bildirilir ki, “Türk axını”nın ikinci xətti Avropaya daha böyük həcmdə Rusiya qazının nəqlinə imkan verəcək. Bu, tədarükün təhlükəsizliyini artırmayacaq, eyni zamanda Azərbaycandan əlavə qaz həcmlərinin ixracı imkanlarını azaldaraq, “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsinə maneçilik törədəcək. 

Xatırladaq ki, Azərbaycan Prezidentinin Brüsselə son səfərində Avropa rəsmiləriylə müzakirə etdiyi əsas mövzularından biri də TAP və TANAP layihəsi oldu. Belə kritik bir anda Rusiya prezidentinin “Türk axını” layihəsini təsdiqləməsi rəsmi Bakının TANAP-a bağladığı ümidləri yarımçıq qoya bilər? 

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Qabil Hüseynliyə və Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadəyə müraciət edib:....

......Millət vəkili isə qeyd edib ki, Rusiyadan qaz gəlməyəndə, yaxud da Rusiyanın qiyməti Avropanı qane etməyəndə Azərbaycan qazı və Azərbaycan sistemi vasitəsi ilə Avropaya gələn qaz bu boşluğu doldura bilər:

“Rusiya prezidentinin “Türk axını” layihəsini təsdiqləməsi rəsmi Bakının TANAP-a bağladığı ümidləri heç vaxt  yarımçıq qoya bilməz. Əslində bu gün Rusiya və Türkiyənin enerji və qaz nəqli sahəsində olan əməkdaşlığı Rusiyaya imkan verə bilər ki, Azərbaycanın TAP layihəsi vasitəsi ilə Rusiya qazının müəyyən bir miqdarın Avropaya çatdırsın. Rusiya prezidentinin “Türk axını” layihəsini təsdiqləməsi Azərbaycana ciddi problem törətməyib. 

Bildiyimiz kimi Azərbaycan həm TAP, həm də TANAP vasitəsi ilə yeni bir sistem qurur. Burada digər bir amil də ondan ibarətdir ki, Avropa öz enerjisini redifikasiya etmək istəyir. Yəni Rusiyadan qaz gəlməyəndə, yaxud da Rusiyanın qiyməti Avropanı qane etməyəndə Azərbaycan qazı və Azərbaycan sistemi vasitəsi ilə Avropaya gələn qaz bu boşluğu doldura bilər”.

Nərminə UMUDLU
pia.az

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə