Partiya  Lapşin cinayətkardır, yoxsa...- ŞƏRH-
Bloger Aleksandr Lapşin fevralın 7-də Belarusdan Azərbaycana ekstradisiya edilib. Azərbaycan tərəfinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Ermənistanın işğalı altında olan ərzilərimizə səfərlər edən, İsrail, Ukrayna və Rusiya vətəndaşı olan bloger Bakıda erməni separatçılarını dəstəkləməkdə, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş çağırışlarda ittiham olunur. Onun həmçinin, Azərbaycana saxta sənədlərlə gəldiyi deyilir. 

Bəs Azərbaycana ekstradisiya olunan Lapşini bundan sonra nə gözləyir? 

Asim Mollazadə: "Bu hüququn aliliyinin, ədalətin zəfəridir”

Deputat Asim Mollazadə Toplum TV-yə bildirib ki, Lapşinin Azərbaycana  ekstradisiya edilməsi hüququn qələbəsidir: "Əslində bu hüququn aliliyinin, ədalətin zəfəridir. Azərbaycan qanunvericiliyi çox kobud surətdə pozulmuşdu və bundan sonra uzun müddət Azərbaycanı, onun dövlətini lağa qoymuş bir şəxsiyyət kobud surətdə Azərbaycan qanunlarını pozdu və İnterpolun siyahısında olduğuna görə saxlanıldı və Azərbaycana verildi. Əminəm ki, bu bir növ digərləri üçün də dərs olacaq. Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni girən şəxslərə qarşı müvafiq addımlar atılacaq. Bundan qabaq da belə şeylər olmuşdu, amma bunu etmiş şəxslər Azərbaycan dövlətindən rəsmən üzr istəmişi. Azərbaycan dövləti bir humanist addım kimi onların bu səhvlərini bağışlamışdı. Lakin Lapşın, nəinki üzr istəməmişdi, o Azərbaycan dövlətini lağa qoymuşdu". 
Asim Mollazadə ile ilgili görsel sonucu
Deputat Lapşinin Azərbaycana qarşı cinayət törətdiyini vurğulayıb: "Azərbaycanı lağa qoymaqla onun cinayəti demək olar ki, iki qat artıb. Bunu insan hüquqlarının pozuntusu kimi qələmə verənlər məhz erməni lobbisinin, Ermənistanın Azərbaycana qarşı informasiya  müharibəsində tərəf kimi iştirak edənlərdir. Avropada və Amerika Birləşmiş Ştatlarında təşkilatlanmış erməni lobbisi Azərbaycan dövlətinə qarşı informasiya müharibəsi aparır. Onlar Azərbaycanda insan hüquqlarının pozuntusunu ona görə xüsusi vurğulayırlar ki, Qarabağı bunun vasitəsi ilə bizdən ayıra bilsinlər".

Deputat Belorus dövlətinin addımını da müsbət qiymətləndirib: "Belarusiya dövlətinin Azərbaycana dost olduğunu bir daha gördük və bu addımı çox müsbət qiymətləndirirəm. Mənə elə gəlir ki, bu dostluq münasibətlərinin bir çox əhəmiyyəti var”.....
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə