Partiya  Siyasətdə iflasa uğrayan Olland ermənilərdən maddi dəstək umur-

Fransa prezidenti Fransua Ollandın erməni diasporu ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllində xalqların öz müqəddəratını təyinetmə prinsipinin əsas götürülməsi barədə fikir səsləndirməsi iflasa uğramış bir siyasətçinin ermənilərdən maddi maraq ummasından başqa bir şey deyil.

Bunu Milli.Az-a açıqlamasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.

Millət vəkilinin sözlərinə görə, Fransua Olland siyasətdə iflasa uğramış qeyri-səmimi bir siyasətçidir. Ollandın ermənilərə xoş gələn sözlərinin arxasında da yalnız maraq, seçkilərdə dəstək almaq durur, eyni zamanda onun iç üzünü dünyaya açır: 

"Fransua Olland siyasətdə tam iflasa uğramış bir şəxsdir. Bununla yanaşı Ollandın lider olduğu Sosialist Partiyası çox ağır bir vəziyyətdədir. Çünki Olland hakimiyyəti Fransanı parçalayıb, ölkədə vəziyyəti çox ağır duruma gətirib çıxarıb. Məhz ona görə Olland yeni prezident seçkiləri ərəfəsində Fransada güclü resurslara malik, zəngin erməni diasporu və təşkilatları ilə sıx əlaqəyə girib onlardan seçki kampaniyası üçün müəyyən vəsaitlər almaq üçün belə fikirlər səsləndirib".

A.Mollazadə qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan ATƏT-in Minsk qrupunun həmsdərlərindən biri olan Fransa dövlətinin başçısının belə bir mövqeyi yalnız təəssüf doğurur: "Olland nə üçün iflasa uğradı və bir siyasətçi kimi gülünc vəziyyətə düşdü? Mənə belə gəlir ki, elə onun erməni diasporu qarşısında beynəlxalq hüquq normalarını pozmağa yönəlmiş çıxışı özlüyündə hər şeyi açıq nümayiş etdirir və bu sala açıq cavab verir".

İlkin İzzət
Milli.Az

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə