Partiya  Lapşin presedenti ermənilər üçün böyük zərbə oldu-

Asim Mollazadə: “Azərbaycanın hərbi, onun ardınca siyasi, diplomatik sahədə əldə etdiyi uğurlar Ermənistanın iflasını daha da sürətləndirir”

Aleksandr Lapşinin ekstradisiyası Ermənistanın növbəti sarsıdıcı məğlubiyyəti, bu ölkədəki cinayətkar rejimin, onun həyata keçirdiyi işğalçılıq siyasətinin iflasıdır. Lapşinin ekstradisiyası fonunda demək olarmı ki, Azərbaycanın həm siyasi, həm də hərbi sahədə ardıcıl qələbələri Ermənistanın işğalçılıq siyasətini dünya ictimaiyyəti qarşısında ifşa edir və onun iflasını sürətləndirir?....

....Milli Məclisin deputatı Asim Mollazadənin də fikrincə, Azərbaycanın hərbi, onun ardınca siyasi, diplomatik sahədə əldə etdiyi uğurlar Ermənistanın iflasını daha da sürətləndirir: “Lapşinin ölkəmizə ekstradisiya olunması hadisəsi Azərbaycanın beynəlxalq hüquq normalarından istifadə etməsilə bağlıdır. Biz cinayətkarı beynəlxalq hüquqi proseduralardan istifadə edərək öz əməllərinə görə ədalətin qarşısında cavab verməsi üçün gətirmişik. Təbii olaraq da Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz şəkildə heç kəsin ziyarət etməsinə imkan vermirik. Bu zaman da Azərbaycan məhz beynəlxalq hüquq normalarına arxalanır. 

Bu fonda Ermənistanın dünya ictimaiyyəti tərəfindən ifşa edilməsinə gəldikdə, bu istiqamətdə  çoxşaxəli işlər aparılır və aparılacaq. Azərbaycan hər bir fürsətdən istifadə edərək Ermənistanın işğalçılıq siyasətinə son qoyulması, onun törətdiyi hərbi cinayətlərinin cəzaya layiq görülməsi yönündə mübarizəsini davam etdirəcək və ərazilərimiz işğaldan azad olunacaq”.
Rüfət NADİROĞLU

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə