Partiya  Asim Mollazadə: “Olland erməni diasporundan seçki kampaniyası üçün müəyyən vəsaitlər almaq üçün belə fikirlər səsləndirib”-

Fransa prezidenti Fransua Olland martın 8-də Parisdə erməni həmkarı Serj Sərkisyanla görüşəcək. Ermənistan KİV-lərinin yaydığı xəbərə görə, bu barədə Olland Fransadakı erməni təşkilatlarının koordinasiyası üzrə Şuranın toplantısında çıxışı zamanı bildirib. Fransa lideri qeyd edib ki, bu il Fransa-Ermənistan əlaqələrinin qurulmasının 25-ci ildönümüdür və o, bu münasibətlə erməni həmkarını Fransaya səfərə dəvət edib. Səfər çərçivəsində tərəflərin ikitərəfli əlaqələri müzakirə edəcəyi bildirilir. Fransa prezidentinin sözlərinə görə, görüş zamanı Qarabağ məsələsinə də toxunulacaq: “Fransa bu məsələdə ABŞ və Rusiya kimi Minsk Qrupunun həmsədrlərindən biri olaraq, xüsusi məsuliyyət daşıyır. Biz tələsirik. Bu problemin həlli üçün tələsmək həqiqətən də var. Çünki ötən ilin dəhşətli aprel insidenti bizə xatırlatdı ki, Qarabağda hər gün və ya demək olar, hər gün insanlar ölür. Biz qarşıdurmanı önləmək üçün hərəkətə keçməliyik. Bu münaqişənin sülh yolu ilə həlli üçün yolların tapılması önəmlidir”.
Fransa lideri daha sonra sülh danışıqlarının perspektivinə də toxunub: “Döyüşlər bitdi, dialoq başlandı, atəşkəs haqda anlaşma əldə olundu. Ancaq biz atəşkəsin əldə edilməsi ilə qane ola bilmərik. Ona görə ki, bu, problemin həlli deyil. Biz konfliktin nizamlanmasına yönəlik real danışıqlara başlamalıyıq. Böyük bir səhv olardı düşünmək ki, situasiya sabitləşib. Biz münaqişənin "Madrid prinsipləri"də əksini tapmış nizamlama elementlərinə müraciət etməliyik. Biz həmçinin bilirik ki, həmin prinsiplər tətbiq olunarkən “Dağlıq Qarabağ xalqı”nın öz müqəddəratını təyinetmə hüququna əsaslanmalıdır. Bu istiqamətdə addımlar atılması üçün də Fransa Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşünü təşkil edəcək"....

....Millət vəkili Asim Mollazadə hesab edir ki, Fransa prezidenti Fransua Ollandın erməni diasporu ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllində xalqların öz müqəddəratını təyinetmə prinsipinin əsas götürülməsi barədə fikir səsləndirməsi iflasa uğramış bir siyasətçinin ermənilərdən maddi maraq ummasından başqa bir şey deyil. Onun sözlərinə görə, Fransua Olland siyasətdə iflasa uğramış qeyri-səmimi bir siyasətçidir. Ollandın ermənilərə xoş gələn sözlərinin arxasında da yalnız maraq, seçkilərdə dəstək almaq durur, eyni zamanda onun iç üzünü dünyaya açır: "Fransua Olland siyasətdə tam iflasa uğramış bir şəxsdir. Bununla yanaşı Ollandın lider olduğu Sosialist Partiyası çox ağır bir vəziyyətdədir. Çünki Olland hakimiyyəti Fransanı parçalayıb, ölkədə vəziyyəti çox ağır duruma gətirib çıxarıb. Məhz ona görə Olland yeni prezident seçkiləri ərəfəsində Fransada güclü resurslara malik, zəngin erməni diasporu və təşkilatları ilə sıx əlaqəyə girib onlardan seçki kampaniyası üçün müəyyən vəsaitlər almaq üçün belə fikirlər səsləndirib".
A.Mollazadə qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan ATƏT-in Minsk qrupunun həmsdərlərindən biri olan Fransa dövlətinin başçısının belə bir mövqeyi yalnız təəssüf doğurur: "Olland nə üçün iflasa uğradı və bir siyasətçi kimi gülünc vəziyyətə düşdü? Mənə belə gəlir ki, elə onun erməni diasporu qarşısında beynəlxalq hüquq normalarını pozmağa yönəlmiş çıxışı özlüyündə hər şeyi açıq nümayiş etdirir və bu sala açıq cavab verir".....

Əli

“Xalq Cəbhəsi” qəzeti



  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə