Partiya  “Bizim siyasətimiz tərəfdaşlıq və əməkdaşlıqdan ibarətdir” Millət vəkili | Sia.az-
“Biz Bakıda ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi  Valeriy Gerasimov arasında keçirilən görüşə müsbət münasibət bəsləyirik. Ümid edir ki, Bakı görüşü gələcəkdə hansısa xoşagəlməz hadisələrin qarşısıı almağa, gərgin vəziyyətin yaranmamasına xidmət edəcək”. Bunu SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib. O bildirib ki, bu görüşün Bakıda keçirilməsinin əsas səbəblərindən biri Azərbaycanın heç bir hərbi bloka daxil olmaması ilə əlaqədardır: “Azərbaycan dövlətinin siyasəti məhz tərəfdaşlıq, beynəlxalq terrorla mübarizə və əməkdaşlıqdan ibarətdir. Ölkəmizin həm ABŞ, həm də Rusiya ilə tərəfdaşlıq və əməkdaşlıq siyasəti var və biz düşünürük ki, bu görüşün məhz Bakıda keçirlməsi, böyük bölgədə sabitliyə xidmət etməsi Azərbaycanın mənafeyinə uyğundur. Bölgədə məhz sabitliyin, əməkdaşlığın tərəfdarı olduğumuz üçün belə bir görüşləri təşkil etməkdə Azərbaycan öz siyasətini həyata keçirir”.
 
Millət vəkili bildirib ki, rəsmi Bakı bu görüşlə bir daha öz siyasətini dünyaya açıqlayır: “Çünki bizim siyasətimiz hansısa qarşıdurmalar, müharibələr deyil, tərəfdaşlıq və əməkdaşlıq, qarşılıqlı maraqların üzərində qurulmuş siyasətdir. Buna görə də Azərbaycan bu siyasətini uzun illərdir öz tərəfdaşlarına da təqdim edir. Eyni zamanda belə bir əməkdaşlıqda Azərbaycan öz nüfuzu üçün dəstək qazanır və  ölkəmiz hər zaman bəyan etdiyi siyasəti həyata keçirir”.

Pərvanə Sultanova

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə